BolgeXeber.Com » Xəbərlər » Zemfira Meftahətdinovanı o əvəz etdi

Zemfira Meftahətdinovanı o əvəz etdi

1-06-2023, 18:03
Oxunub: 1 112
Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi, polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib.

Bolgə.TV xəbər verir ki, artıq Z.Meftahətdinovanın yerinə təyinat olub.

Belə ki, polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.

Qeyd edək ki, Mövlud Mirəliyev 2020-ci ildə DİN-in İdman Cəmiyyətinin baş inspektor vəzifəsinə təyin olunmuşdu.

Əlavə edək ki, Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək//axar.az