BolgeXeber.Com » Xəbərlər » Ukrayna Azərbaycana yeni səfir təyin etdi

Ukrayna Azərbaycana yeni səfir təyin etdi

22-02-2024, 17:38
Oxunub: 808

Ukrayna Qusev Yuri Veniaminoviçi Azərbaycana yeni səfir təyin edib.

Müvafiq sərəncamı bu gün Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

Qeyd edək ki, Qusev əvvəllər Xerson vilayətinin qubernatoru vəzifəsində çalışıb, 2020-ci ildə isə “Ukroboronprom” Dövlət Konserninin direktoru təyin edilib. 2023-cü ildə Zelenski Qusevi bu vəzifədən azad edib.