Türkiyədən Sarkisyana qulaq burması
12-12-2011, 09:00
Oxunub: 2 937
Egemen Bağış: «Sarkisyan həddini bilməz bir prezidentdir, bizi hədələyən şüursuzları diz çökdürməyi isə yaxşı bilirik»
Türkiyənin Avropa Birliyi üzrə nümayəndəsi və dövlət naziri Egemen Bağış Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi son açıqlamasına sərt münasibət bildirib. Bolgexeber.com xəbər verir ki, Bağış açıqlamasında Sarkisyanı «Həddini bilməyən prezident» adlandırıb.
O deyib ki, tarixdə heç kim türkləri diz çökdürə bilməyib. «Buna kimsənin gücü də çatmaz. Ötən günlərdə kiçik bir qonşu ölkənin həddini bilməz prezidenti «Türklər də gəlib diz çökəcək» deyə həddini aşan bir çöz söyləyib. Mən igidlərin meydanı olan Kağıthane şəhərindən ona bir mesaj göndərmək istəyirəm. Sən millətini aclıqdan, yoxsulluqdan dizində dərman buraxmayacaq hala gətirdin. Ermənistanın əhalisinin sayı aclıqdan 4 milyondan 2 milyona düşüb. Dünyanın 4 bir tərəfinə köçürlər. Bir qismi də bizim ölkəmizə gəldi. Bizim yaşlılarımıza, uşaqlarımıza dayəlik edirlər. Bu da türk millətinin könlünün nə qədər geniş olduğunu göstərir».
Heç kimin qarşısında diz çökməyəcəklərini bəyan edən Bağış daha sonra deyib ki, buna kimsənin cəsarəti də çatmaz. «Bizim də ona bir cavab verməyimiz lazımdır. Türkləri diz çökdürməyə kimsənin cəsarəti çatmaz və bu onun həddində deyil. Hərçənd ona cavab vermək üçün yaxşı bir atalar sözümüz var. Amma onu açıqlamıram. Zatən o, sözünün özünə və ölkəsinə nə qədər zərər verə biləcəyini artıq başa düşüb. İndi yəqin ki, dizlərinə döyür. Biz türk olaraq millətə qarşı şüursuzluq edənləri diz üstə çökdürməyi yaxşı bilirik».
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət