Prezident seçkilərində namizədlərin qeydə alınması başa çatıb
17-03-2018, 17:58
Oxunub: 3 015
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib
İlk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur.
MSK Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.
Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil.
MSK məsələni səsə qoyaraq qəbul edib və T. Abbaslının namizədliyi qeydə alınmayıb.
İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb.
MSK Ə. Əliyevin namizədliyi də qeydə almayıb.
Bununla da namizədlərin qeydə alınması başa çatıb.
Qeyd edək ki, MSK bundan əvvəl Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.(APA)
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər