Daha bir döyüşçü qəhrəman qabağa çəkilir
28-02-2011, 15:50
Oxunub: 4 296

Rövşən Əkbərovun yerinə Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov cəkilir
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qərarı ilə fevralın 20-də Azərbaycan Silahlı Qüvvələrinin insident baş vermiş hərbi birləşməsinin komandiri Çingiz Şəfiyev vəzifəsindən azad olunub. Eyni zamanda onun hərbi rütbəsi də bir pillə aşağı endirilib. Ç. Şəfiyevin yerinə hərbi birləşmənin komandiri vəzifəsinə Bakı hərbi birləşməsinin komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin olunub.
Hərbi mənbələrdən əldə etdiyimiz məlumata görə Rövşən Əkbərovun yerinə müvəqqəti olaraq Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Möhsüm oğlu Cəbrayılov təyin olunub. Qeyd edək ki, bu vəzifəsinin icrasına kimi polkovnik F.Cəbrayılov Bakı hərbi birləşməsində əməliyyat işləri üzrə aparıcı zabit olub. Hal-hazırda isə o birləşmə komandirinin müavini vəzifəsinə təyin olunub. Uzun illər isə hərbi komissarlıq sistemidə çalışıb. Bakının Qaradağ rayon hərbi komissarı, daha sonra isə Lerik rayon hərbi komissarı vəzifələrində xidmət keçib. Maraqli cəhətlərdən biri də o faktdır ki, bu günlərdə 7 əsgrin ölümü ilə nəticələnən hərbi hissənin bir vaxtlar komandiri vəzifəsində çalışıb. Qarabağ müharibəsinin ən ağır vaxtlarında Murovdağdakı hərbi hissədə xidmət keçib, erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında kifayət qədər üğürlar əldə edib.
Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial