BolgeXeber.Com » Siyasət » 313 nəfər namizədliyini geri götürdü

313 nəfər namizədliyini geri götürdü

2-02-2020, 11:44
Oxunub: 5 180 313 nəfər namizədliyini geri götürdüAzərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Bolgexeber.com-un Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 313 nəfəri deputatlığa namizədliyini geri götürüb.