BolgeXeber.Com » Siyasət » 4 namizəd Rəşad Mahmudovla bağlı DSK-ya şikayət etdi

4 namizəd Rəşad Mahmudovla bağlı DSK-ya şikayət etdi

4-02-2020, 09:20
Oxunub: 11 288
4 namizəd Rəşad Mahmudovla bağlı DSK-ya şikayət etdi
“İnzibati resurslar Rəşad Mahmudov üçün çalışır”

“77 saylı Astara seçki dairəsindən deputatlığa təkrar namizəd həkim-kardioloq Rəşad Mahmudov və onun hazırda Astara rayon icra başçısının birinci müavini işləyən qardaşı Allahverən Mahmudov böyük səylə rayonda çalışan icra nümayəndələri və bələdiyyələri qardaşının yenidən deputat seçilməsi üçün təbliğat işləri apararaq digər namizədlər haqqında əhali arasında mənfi rəy yaratmağa çalışır və bu haqda gizli tapşırıqlar verir”.
Bu barədə bir qrup namizəd DSK-ya şikayət ünvanlayıb.

Onlar qeyd ediblər ki, Astara rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov, Astara Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova, Astara İcra Hakimiyyətində humanitar şöbənin işçisi Mərasim Hacızadə və digər işçisi Asiman Qasımlı, icra hakimiyyətində hazırda ümumi şöbənin müdiri işləyən Ruhid Əliyevin atası Ələsgər Əliyev, Həmkarlar İttifaqının rayon üzrə sədri Natiq İbadov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev bu prosesə deputatlığa təkrar namizəd Rəşad Mahmudovun vəkilləri kimi cəlb olunub və bu şəxslərlə görüş keçirilib.

Belə ki, bu haqda deputatlığa təkrar namizəd Rəşad Mahmudov da öz “Facebook” səhifəsində məlumat yayıb. Hətta Mahmudov təşviqat rəsmən başlamamış – yanvarın 16-da seçicilər çağırış edib, amma vəkilləri il bağlı postu şikayətdən sonra silib.

Təşviqat başlamadan çağırış
“Bütün bu faktlar əhali arasında yayılıb və keçiriləcək seçkiyə böyük inamsızlıq meydana gətirıb. Bu haqda DSK-ya 4 nəfər namizəd şikayət məktubu göndərib. Astara DSK heç bir namizədi yığıncağa dəvət etmədən qərar qəbul edib. Qərara əsasən həmin şəxslərin köhnə tarixə məzuniyyətə buraxılması göstərilib, lakin onlar hər gün iş başındadır”, – müraciətdə deyilir.


Şikayəti 4 namizəd – Tarif Əliyev, Nurməmməd Əliyev, Rəşad Həsənov və Rövşən Bağırov imzalayıb.
Şikayətçilər bildiriblər ki, DSK onların müraciətini müzakirə edib, amma heç birini iclasa dəvət etməyib.

Şikayətçi namizədlər deyirlər ki, DSK həmin şəxslərin məzuniyyətdə olduğunu desə də, onların məzuniyyətdə olması barədə heç bir sənəd təqdim etməyib. Onlar şikayətlərini davam etdirəcəklərini deyirlər.







DSK-nın cavabı