Çingiz Qənizadə 4-cü gündür ki, fərdi görüşlərini davam etdirir - FOTOLAR
5-02-2020, 14:39
Oxunub: 4 963
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd, Hüquq üzrə fəlsəfə doktoru, Hüquq müdafiəçisi Çingiz Qənizadə dairəni əhatə edən 40 kənddə görüşlərini başa çatdırsa da, fərdi görüşlərini davam etdirir.
Bolgexeber.com xəbər verir ki, deputatlığa namizəd seçki qərargahında artıq 4-cü gündür ki, fərdi qaydada seçicilərini qəbul edir. Kəndlərdə görüşlər zamanı ona ünvanlanan məsələləri bir də nəzərdən keçirtmək üçün vətəndaşlarla görüşür.
Qərargahdan bildirilir ki, həm yerlərdə, həm də fərdi görüşlərdə hər bir seçici ölkə başçısı, prezident İlham Əliyevin apardığı daxili, xarici siyasətini dəstəkləyir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və cənab prezidentin apardığı islahatlara “hə” deyir. Aparılan bu islahatların qorunması və dövlətçilik naminə ən layiqli, ən savadlı namizədlərdən biri olan Çingiz Qənizadəyə səs verəcəklərini qeyd edirlər.
Qeyd edək ki, Çingiz Qənizadə hər gün 50-dən çox seçicini fərdi qaydada qəbul edir.
Görüşlər zamanı Çingiz Qənizadə tərəfindən insanları narahat edən bir çox məsələlər ətrafında ya onlara hüquqi məsləhətlər verilir, ya da hüquqi sənədləşmələrə köməklik göstərilir. Deputatlığa namizəd hər bir müraciətə diqqətlə yanaşır. Bəzi işləri isə xüsusi nəzarətə götürür.
Məlumat üçün bildirək ki, fərdi qaydada görüşlər davam edir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər