BolgeXeber.Com » Siyasət » Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək

Milli Məclis sabah Suqovuşanın tarixi adının bərpası məsələsini müzakirə edəcək

5-10-2020, 16:36
Oxunub: 3 887 Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan adlandırılması haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Bu barədə parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qanun layihəsi Milli Məclisin sabah – oktyabrın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, parlamentin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib.