BolgeXeber.Com » Siyasət » Ölkənin baş DYP-çisi prezident seçkilərindən sonra yola salınır

Ölkənin baş DYP-çisi prezident seçkilərindən sonra yola salınır

12-06-2013, 11:55
Oxunub: 4 775 Dövlət Yol Polisi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbə iddia edir ki, prezident seçkilərindən sonra DYP sistemində ciddi kaldr və struktur islahatları həyata keçiriləcək.

Mənbəmizin iddialarına görə, bu gün ən çox korrupsiyalaşmış sahələrdən biri kimi diqqətə gələn DYP sistemi son iki ildə ən çox yeniləşdirilən dövlət qurumu kimi də təsadüfi olaraq diqqət mərkəzində deyil:

«Bu gün xalqla birbaşa təmasda olan bu sistemin əməkdaşlarının istənilən bir yanlışı birbaşa olaraq hakimiyyətə qarşı aqressiya yarada biləcək həddə olduğundan əslində DYP əməkdaşlarından daha çox nəfslərinə qalib gəlmək və həmçinin xalqla təmasda diplomatiya tələb olunur.

Amma müşahidə olunanlar tam əksidir. Bir neçə aylıq rüşvət pəhrizindən sonra yenə də ənənəvi qaydada rüşvətin bərpa olunduğu DYP-də korrupsiya hətta cərimələrin məbləğinin şişirdilməsindən, maaşlarının artırılmasından sonra da yığışdırılmadı».

Mənbəmiz bildirir ki, məhz bu kimi səbəblərə görə, seçkilərdən sonra DYP-də köklü islahatlar həyata keçiriləcək: «Konkret olaraq DYP şefi Ramiz Zeynalov bu korrupsiya piramdiyasının memarı kimi görəvindən alınacaq. Onunla bərabər DYP-də «rüşvət piramidası»nın pillələrini təşkil edən onlarla məmur da sərt formada cəzalandırılacaqlar. Bütün bunlar seçkidən sonraya təsadüf edə bilər. Və buna qədərsə bir sıra struktur islahatlarının da həyata keçirilməsi nəzərdə tutulub».
Dia.az