BolgeXeber.Com » Siyasət » İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

20-06-2013, 18:30
Oxunub: 3 924 Bakının Suraxanı rayonuna maliyyə vəsaiti ayrılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Bakı şəhəri Suraxanı rayonunun Bülbülə və Əmircan qəsəbələri ərazisində qırx dörd min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 14,4 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Bakı şəhərinin Suraxanı Rayon İcra Hakimiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bolgexeber.com