BolgeXeber.Com » Siyasət » Azərbaycan Qəzza üçün 2 milyon ayırdı

Azərbaycan Qəzza üçün 2 milyon ayırdı

28-12-2023, 16:28
Oxunub: 1 664

Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb.


Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib:

“Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVİD-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb".