BolgeXeber.Com » Siyasət » İsrail səfiri Azərbaycana başsağlığı verdi

İsrail səfiri Azərbaycana başsağlığı verdi

9-01-2024, 14:59
Oxunub: 1 192

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycana başsağlığı verib.


Bolgə.TV xəbər verir ki, bu barədə səfir X hesabında yazıb.

"Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",- səfir bildirilib.

Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.