BolgeXeber.Com » Siyasət » Zakir Həsənov Qırğızıstan müdafiə nazirinə başsağlığı verdi

Zakir Həsənov Qırğızıstan müdafiə nazirinə başsağlığı verdi

17-01-2024, 12:24
Oxunub: 1 224

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstana başsağlığı verib.


Bu barədə Bolgə.TV-yə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Z.Həsənov yanvarın 17-də təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.