BolgeXeber.Com » Siyasət » ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi

ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi

19-01-2024, 10:54
Oxunub: 1 232

ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.


Bolgə.TV xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

"Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.