BolgeXeber.Com » Siyasət » Prezident AZAL-a yeni prezident təyin etdi

Prezident AZAL-a yeni prezident təyin etdi

22-02-2024, 16:58
Oxunub: 1 688
Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Bolgə.TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə S.Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.