BolgeXeber.Com » Siyasət » Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

7-03-2024, 13:29
Oxunub: 1 016

Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. 


Bolgə.TV xəbər verir ki, bununla bağlı President.az xəbər yayıb.

Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.