BolgeXeber.Com » Siyasət » Prezident bu hərbçiləri təltif etdi

Prezident bu hərbçiləri təltif etdi

11-03-2024, 13:44
Oxunub: 736

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.


Bolgə.TV sərəncamın mətnini təqdim edir:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Ələkbərov Nicat Vaqif oğlu – polkovnik

Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant

Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant

Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant

Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant

Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant

Ağayev Nemət Mir Tahir oğlu – mayor

Əliyev Rasim Nurməmməd oğlu – mayor

Quliyev Malik Əlipənah oğlu – mayor

Məhərrəmov Sətdar Razim oğlu – mayor

Niftəliyev Ayaz Tofiq oğlu – mayor

Məmmədov Bilal Şahin oğlu – kapitan.