BolgeXeber.Com » Siyasət » Tokayev Füzuliyə səfərə gedib

Tokayev Füzuliyə səfərə gedib

12-03-2024, 11:35
Oxunub: 704

Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib.


Bolgə.TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.