BolgeXeber.Com » Siyasət » Çavuşoğlu Heydər Əliyevin məzarını ziyarət etdi

Çavuşoğlu Heydər Əliyevin məzarını ziyarət etdi

4-04-2024, 11:41
Oxunub: 880
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Bolgə.TV xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq.