BolgeXeber.Com » Siyasət » Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

12-04-2024, 11:57
Oxunub: 888
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleyniklə görüşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər.