BolgeXeber.Com » Siyasət » Azərbaycan Prezidenti: Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik

Azərbaycan Prezidenti: Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik

4-06-2024, 13:47
Oxunub: 1 456
Biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik. Biz onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq.

Bolgə.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib.
“Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq”, - deyə dövlətimizin başçısı əlavə edib.