Əliyev, Ərdoğan və Şərif Laçını gəzdilər
28-05-2025, 18:15
Oxunub: 1 168
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar.
Bolgə.tv xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verilib.
Bildirilib ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.
Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 28-05-2025, 20:14 : Tramp İlham Əliyevi təbrik etdi
Siyasət / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər