BolgeXeber.Com » Bölgə » Zaqatalada zəhərli ilanlar orta məktəbə hücum edir-DƏHŞƏT(ÖZƏL)

Zaqatalada zəhərli ilanlar orta məktəbə hücum edir-DƏHŞƏT(ÖZƏL)

31-01-2014, 19:35
Oxunub: 6 683 İcra hakimiyyəti zəhərli ilanlara qarşı heç bir tədbir görmür

Zaqatala rayon Yengiyan kəndi Nəcəf Aslanov adına tam orta məktəbində qorxulu anlar yaşanır. Belə ki, soyuqlar düşəndən zəhərli ilanların məktəbə kütləvi şəkildə hücumu baş verir. Bu barədə Bolgexeber.com-a müraciət edən məktəbin şagirdlərinin valideyinləri - Oruc İsayev, Sərdar Məmmədov, Xəyal Rəcəbov, Məsum Orucov, kəndin axundu Nizammədin Muradov məlumat veriblər . Onların dediyinə görə bu dəhşət artıq iki ildir ki, yaşanır. Valideyinlərin bildirdiyinə görə onlar uşaqlarını zəhərli ilanlardan qorumaq üçün tədbir görülməsi haqda dəfələrlə Zaqatala Rayon Təhsil şöbəsinə , İcra hakimiyyətinə və yerli Sanitar Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etsələr də problemlə bağlı heç bir tədbir görülməyib. Bu səbəbdən sakinlər artıq ölkə başçısına və aidiyyatı qurumlara müraciət etməyi hazırlaşırlar. Məsələni gündəmdə saxlayacayıq.
Bolgexeber.com