BolgeXeber.Com » Bölgə » Kərəm Həsənovun «pulyığanı»nı kimdir?

Kərəm Həsənovun «pulyığanı»nı kimdir?

12-03-2014, 10:15
Oxunub: 3 499 Özlləşdirmə prosesinə qatılmış iş adamları Rafiq Cəlilovu göstərirlər

Dövlət Əmlakı İdarəetmə Komitəsi (DƏİK) ilə bağlı son dövrlər xeyli sayda məlumatlar yayılmaqdadır. Əmlakla bağlı yaranmış problemlərin hamısında işin bir ucu da pulun alınaraq, yuxarılara ötürülməsinə gedib çıxır. Elə bu səbəbdəndir ki, haqlı olaraq baş verənlərdə ya Kərəm Həsənov günahkar bilinir, ya da birmənalı olaraq adı çəkilir. TİA.AZ-ın araşdırmalarına görə, DƏİK-də baş verən və əhalidən alınan külli miqdarda rüşvətin həqiqətən də komitə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Məlumatlı mənbələr bildirirlər ki, Kərəm Həsənovun nəzarəti altında həyata keçirilən «əməliyyatlar»dan toplanan pullar isə yaradılmış «ümumi kassaya» ötürülür və pulu verən idarə müdirlərinin adı dəftərə qeyd olunur. Mənbə bildirir ki, hər bir idarə müdiri də ayın sonunda ödədiyi pulun müqabilində «paket»ini alaraq, işini yekunlaşdırır. Həmin pullara nəzarət edən şəxs isə Kərəm Həsənovun ən yaxın adamıdır. Məlumatlara görə, Dövlət Reyster Xidmətlərinə nəzarət edən Rafiq Cəlilov yığılan bütün məbləğləri «ümumi kassaya» yerləşdirir və bölüşdürməyi həyata keçirir.
Bolgexeber.com