BolgeXeber.Com » Bölgə » Qobustanın icra başçısı Adil Məmmədov vətəndaşları qəbul etmir

Qobustanın icra başçısı Adil Məmmədov vətəndaşları qəbul etmir

12-03-2014, 11:40
Oxunub: 4 526 Qobustanda camaati nece aldadirlar?

Bildiyiniz kimi ölkə başçısı regionların sosial inkişafı üçün hər il dövlət büdcəsindən və Prezidentin ehtiyyat fondundan lazımi vəsait ayırır.

Qobustan rayonunun inkişafı üçün də kifayət qədər pul ayrılsa da həmin pulların necə xərclənməsi bilinmir. Qobustan rəsmilərinin dediyinə görə rayonun mərkəzi və yolları guya əsaslı təmir olunub. Ancaq müşahidələr göstərir ki, orada əsaslı təmirdən heç bir söhbət gedə bilməz, cünki sadəcə kosmetik təmir olunub. Bunlardan əlavə sakinlərin problemləri artıq pik həddə çatmışdır. Məlumata görə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov artıq 1 aydır ki, vətəndaşlarla qəbul keçirtmir,qəbula gələn kənd sakinləri isə icra nümayəndələrinə yönləndirilir. İcra nümayədələridə kənd sakinlərini aldadaraq verilən ərizələrin baxılması üçün zaman tələb olunduğunu bildirilər. Rayon sakinlərin problemlər olduğu kimi qalır. Qobustan rayonunda isə problemlər çoxdur ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.Belə ki, rayonda sosial yardımlar düzgün ayrılmır, abadlıq işləri zəif aparılır,məmurlar vətəndaşların şikayətlərinə məhəl qoymur. Başqa bir məlumatda bildirilir ki, icra başçısı Adil Məmmədov sahibkarlara və fermerlərdən ayliq vergidən əlavə ödəniş verilməsini tələb edir. Bu hadisə artıq fermerlərin narazılığına səbəb olub və Prezidentə şikayət etməyi planlaşdırırlar.Ölkə başçısı öz çıxışlarında hər zaman sahibkarlara və fermerlərə lazimi şəraitin yaradılmasından, onlara hər cür dövlət tərəfindən köməklik göstərilməsini bildirir. Lakin Adil Məmmədov rayonu öz təbilincə idarə etməyi lazım bilir .

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq