BolgeXeber.Com » Bölgə » Xızı Peşə Məktəbində şok yeyinti faktları

Xızı Peşə Məktəbində şok yeyinti faktları

17-03-2014, 08:35
Oxunub: 3 516 Direktor tender yolu ilə 25 min manatı «xərcləyib», tələbələr isə qan ağlayır

Xızı Peşə Məktəbində dövlət büdcəsindən ayrılmış vəsaitlərin talan edildiyi deyilir. Rayonda fəaliyyət göstərən məktəbdə təhsil ümumiyyətlə, olmadığından tələbələrin də gedib-gəlməsi müşahidə olunmur. Bəzilərinin aylığa buraxıldığı, bəzilərinə isə diplomun satıldığına dair iddialar da var. Amma direktorun əsas qazanc yeri təkcə tələbələr deyil, həm də büdcədən ayrılmış vəsaitlərdir.
TİA.AZ-ın əldə etdiyi məlumata görə, ötən il Xızı Peşə Məktəbinə 25 min manat vəsait ayrılıb ki, onun da cəmi 2000 manatı kommunal və kommunikasiya xidmətlərinin satın alınmasına sərf olunub. Hərçənd bu rəqəminin kifayət qədər şişirdildiyi deyilir. Çünki məktəbdə elektrikdən çox az istifadə olunur və sairə. Sözügedən təhsil ocağının rəhbərinin büdcə pullarını sərf etdiyi diqqəti çəksə də, əslində, onları şəxsi maraqlarına sərf etdiyi daha çox nəzərə çarpır. Məsələn, cari təmir işlərinin satın alınması üçün ayrılmış 2500 manatın nəyə sərf olunduğu göz qabağındadır. Digər maşın və avadanlıqların satın alınması üçün ayrılmış 3000 manatın da aqibəti digərlərindən fərqlənməyib. Bundan başqa, sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üçün 4996 manat, digər alışlar və xidmətlərin satın alınması üçün 3000 manat, avadanlıqların satın alınması üçün 2499 manat, bərk inventarların satın alınması üçün 3000 manat, yumşaq inventarların satın alınması üçün 2000 manat da direktor tərəfindən mənimsənilib.
Bolgexeber.com