BolgeXeber.Com » Bölgə » Gəncə Mədəniyyət və Turizm İdarəsində büdcə yeyintisi

Gəncə Mədəniyyət və Turizm İdarəsində büdcə yeyintisi

28-03-2014, 07:50
Oxunub: 3 759 Rəhbərlik büdcədən ayrılmış vəsaitləri şəxsi vəsaiti kimi hara gəldi xərcləyir.

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsində hər il büdcədən ayrılmış pulların silinməsi üçün xüsusi tədbirlər görülür. İdarənin müdiri bu işləri həyata keçirmək üçün hər dəfə müxtəlif bəhanələr düşünsə də, onlardan vacib olan ayrılmış pulları necə və hara sərf edəcəyinə daha çox diqqət yetirir.

Gəncədən əldə olunan məlumatlara görə, idarəyə ötən il cari təmir işlərinin satın alınması adı ilə ayrılmış 21799,76 manat vəsaitin nəyə xərcləndiyi kimsəyə məlum deyil. Eyni vəziyyət, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınmasına ayrılmış 102124 manat üçün də yaşanıb.

Eyni zamanda, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi avadanlıqların satın alınması na ayrılmış 6820 manatı, dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınmasına ayrılmış 13700 manatı və idarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınmasına ayrılmış 9730 manatı da eyni aqibət gözləyib.

İdarənin rəhbərliyi yumşaq inventarların satın alınmasına 3375 manat xərclədiyini sənədləşdirdiyi halda, digər maşın və avadanlıqların satın alınmasına ayrılmış 17000 manatı da özünküləşdirməyə nail olub. Ötən ilin sonuncu belə əməliyyatı isə inventarların satın alınması üçün ayrılmış 29014 manata görə olub. Həmin pulların da nəyə xərcləndiyi məlum deyil.