BolgeXeber.Com » Bölgə » Ağcabədidə məcburi köçkünlər icra başçısından və onun müavinindən dad edirlər

Ağcabədidə məcburi köçkünlər icra başçısından və onun müavinindən dad edirlər

29-03-2014, 16:15
Oxunub: 3 992 "Ağcabədinin icra başçısı Ş.Məmmədov və birinci müavini Rövşən ağa bu gün sığınacaq tapdığımız baxçanı hərraca çıxarmaq məqsədiylə biz 6 ailəni ölümün pəncəsinə atmaqdan çəkinmirlər"

Bolgexeber.com-un redaksiyasına Ağcabədi rayonunda məskunlaşan məcburi köçkün adından şikayət məktubu daxil olmuşdur. Ağcabədi rayon icra başçısı Ş.Məmmədov və onun birinci müavinindən şikayət edən laçınlı məçburi köçkünlərin məktubunu olduğu kimi oxuculara təqdim edirik:
“Hörmətli Agentlik!
Biz məcburi köçkünlər Ağcabədi Rayon İHA-nın başçısı Ş.Məmmədovun və onun birinci müavini Rövşən ağanın əlində girova çevrilmişik.Belə ki, biz 6 köçkün ailəsi 1993-cü ildən Ağcabədi şəhər 4 saylı uşaq bağçasında sığınacaq tapmışıq.Bu illər ərzində bu yararsız binanı öz hesabımıza təmir etdirib daldalanmışıq. Ağcabədi rayonunda sığınacaq tapmış köçkünlərə tikilmiş beşmərtəbəli binalar 2012-ci ildə paylanarkən biz məcburi köçkünlərin evlə təmin olunmaqımızı dəfələrlə xahiş etsək də nədənsə evlə təmin olunmadıq. Halbuki cənab prezidentimizin tapşırığına əsasən ilk növbədə təlim və tədris müəssisələrində sığınacaq tapmış köçkün ailələri evlə təmin olunmalıydı. Ağcabədi RİHA-nın başçısı Ş.Məmmədov və birinci müavini Rövşən ağa bu gün sığınacaq tapdığımız baxçanı hərraca çıxarmaq məqsədiylə biz 6 ailəni ölümün pəncəsinə atmaqdan çəkinmirlər. Şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan, savadsızlıqından ölkə prezidentinin sərəncam və tapşırıqlarına məhəl qoymayan, əsl bacarıqı bazar alverçisi olan Rövşən ağa hər daşından divarından infeksiya püsgürən, hətta həbsxana mühitindən dəhşətli olan və sürgün katorqalarını xatırlayan köhnə sarılıq xəstəxanasına bizləri köçürmək istəyir.Görəsən neçə-neçə villaların sahibi olan Ş.Məmmədov və onun birinci müavini Rövşən ağa bu binada bircə gün yaşayarmı? Doğrudanmı bu insanlara dur demək mümkün deyilmi?
1992-ci ildə bizi doğma torpaqlarımızdan didərgin salmış mənfur ermənilərlə biz 6 ailəni infeksiyanın girdabına atmaq istəyən məmurlarla bir fərqi varmı?
Hörmətli Agentlik bizim haqq səsimizi Azərbaycan Respublikasının möhtərəm prezidenti İ.Əliyev cənablarına, Azərbaycan Respublikasının birinci xanım MM-nin deputatı Mehriban xanıma, baş nazirin müavini Ə.Həsənova və digər aidiyyatı qurumların rəhbərlərinə çatdırın. Əgər Rövşən ağanın qarşısı alınmazsa nəinki bizləri infeksiyanın girdabına atar lap Kür çayına da tökə bilər”.
1.Əmirov Rövşən Allahverən oğlu-AZE 01422802 Laçın rayonundan məcburi köçkün.
2.Əmirov Elburus Allahverən oğlu-AZE 06976774 Laçın rayonundan məcburi köçkün.
3.Əmirov Roman Allahverən oğlu -AZE 09858674 Laçın rayonundan məcburi köçk
4.Əmirov Allahverən Əmirxan oğlu-AZE 05144881 Laçın rayonundan məcburi köçkün.
5.Ağayev Kamil Əvəz oğlu -AZE 02262495 Fizuli rayonundan məcburi Köçkün.
6.Ağayeva Leyla Kamil qızı -AZE 13468297 Fizuli rayonundan məcburi köçkün.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Bolgexeber.com