BolgeXeber.Com » Bölgə » Xaçmazın icra müavini və Xudat merinin rüşvət qovğası

Xaçmazın icra müavini və Xudat merinin rüşvət qovğası

4-04-2014, 09:15
Oxunub: 3 537 Əhali onlardan yığılan pulların geri qaytarılmayacağı təqdirdə sona qədər öz haqqlarını müdafiə edərək bu məsələni çözməkdə israrlıdır

Xudat şəhərindən maraqlı məlumat daxil olub.Belə ki, bir müddət əvvəl Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin birinci müavini işləmiş Akif Mərdanov bir sıra səs-küylü məsələlərdən sonra öz vəzifəsindən azad olunub. Lakin çox keçmədən Xudat şəhər inzibati ərazisinin nümayəndəsi təyin olunan bu şəxs şəhər əhalisinin böyük bir hissəsinin yaşadığı , konserv zavod qəsəbəsi kimi tanınan yaşayış massivində guya təmir işlərinə start verib. Əhalinin yaşadığı köhnə binaların dam örtüyünü dəyişmək bəhanəsilə hər bir mənzil sahibindən 2000-3000 manat pul yığılıb. Dövlət büdcəsi hesabına təmir olunduğu söylənilən binanın sakinləri sonradan aldadıldıqlarını öyrənərək bərk əsəbləşiblər. Hətta yaxın günlərdə yaşayış massivinin sakinlərinin Xaçmaz Rayon icra hakimiyyətinin başçısına şikayət edəcəkləri gözlənilir.
Maraqlıdır ki, bununla yanaşı Xudat və Xaçmaz şəhərlərində rayon icra başçısı Şəmsəddin Xanbabayevin tezliklə vəzifədən gedəcəyi və onuun yerinə Akif Mərdanovun gətiriləcəyi barədə şaiyə xarakterli söz-söhbətlər də yayılıb. Bunun isə şəxsən Akif Mərdanov tərəfindən yayıldığı bildirilir. Belə ki, bir müddət əvvəl iş yerində yol verdiyi bəzi ciddi nöqsanlar tərəfindən uzaqlaşdırılan Akif Mərdanovun bu yolla rayon icra başçısından intiqam almaq istədiyi söylənilir.
Hazırda isə adıçəkilən yaşayış massivində “təmir işləri” aparılır.Əhali isə onlardan yığılan pulların geri qaytarılmayacağı təqdirdə sona qədər öz haqqlarını müdafiə edərək bu məsələni çözməkdə israrlıdır.
Növbəti reportajlarımızda Akif Mərdanovun vəzifəsindən çıxarılmasının və rayon icra başçısı barədə yayılan şaiyələrin səbəblərini açıqlayacayıq.



DTV.az