BolgeXeber.Com » Bölgə » Şamaxıda icra hakimiyyəti məktəblərin istilik pulunu “yeyib”-Şikayət

Şamaxıda icra hakimiyyəti məktəblərin istilik pulunu “yeyib”-Şikayət

4-04-2014, 14:30
Oxunub: 3 860 "Fakt 4 gündür ki, Şamaxıda qar yağır və güclü şaxta var"

Bolgexeber.com-un redaksiyasına Şamaxı rayon sakinləri tərəfindən Təhsil Naziri cənab Mikayıl Cabbarova ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik:
“Surəti mətbuata olmaqla,Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarova Şamaxı rayon sakinləri tərəfindən

MÜRACİƏT
Biz yazıb bildiririk ki,bütün tədris müəssisələrində Nazirlər Kabinetinin qərarına əsasən hər il aprel ayının 15-dək istilik sistemləri yandırılmalıdır.Şamaxı şəhər məktəblərinin demək olar ki,hamısında aprelin 1-dən istilik sistemi dayandırılıb.Bu il havaların hələdə soyuq keçməsi və Şamaxının dağlıq rayon olmasını nəzərə alsaq bildirik ki, Şamaxıda hal-hazırda qar yağıb və hava çox soyuqdur.Belə olduqda isə övladlarımız eləcədə aşağı sinif şagirdləri məktəblərdə sinif otaqları soyuq olduğu üçün dərsdə otura bilmirlər.Bu isə tədrisin keyfiyyətinin aşağı düşməsinə və uşaqların xəstələnməsinə səbəb olur.Biz valideynlər bütün aidiyyatı orqanlara müraciət etsək də bizə hər hansı bir cavab verilməyib.İstiliktəchizat-dan isə bildiriblər ki,həmin 15 günün pulu bizə köçürülməyib.Bəs sual çıxır ki,bu pul hara gedib.Aldığımız məlumata görə isə həmin pul İcra Hakimiyyəti tərəfindən yeyilib.Bütün sahələrdən doyunca pul yeyən İcra Hakimiyyətinin indidə şagirdlərin istiliyindən kəsərək 15 günün puluna göz dikməsi isə çox utancverici haldır.Bu qədər də insafsızlıq olar?Hal-hazıırda Şamaxıda hava qarlı və soyuqdur.Biz bilə-bilə öz övladlarımız buz kimi siniflərə göndərərək,onları xəstələndirə bimərik.Çünki bu pul dövlət tərəfindən ödənilib.Sadəcə pulu yeyiblər.Əgər istəsəniz araşdırıb şahidi olarsız.Fakt 4 gündür ki, Şamaxıda qar yağır və güclü şaxta var.Həmin bu 4 gündə isə məktəblərdə istilik olmamışdır.Ona görə də çox xahiş edirik ki bu məsələni həll edəsiz ki qarşıdakı bir neçə gündə məktəblərdə istilik verilsin.Əks halda övladlarımızı havalar istiləşənə qədər məktəblərə qoymayacağıq”.
Bolgexeber.com