BolgeXeber.Com » Bölgə » Laçının icra başçısı həmişə laçınlıların yanındadır

Laçının icra başçısı həmişə laçınlıların yanındadır

7-04-2014, 16:15
Oxunub: 4 383 Laçının dünəni və Onun rəhbərlik etdiyi tabor Qarabağ döyüşlərində ad-san sahibi olan, igid ərənlərdən təşkil olunmuşdu. Məhz onun taborunun göstərdiyi şücaət sayəsində neçə-neçə kəndlərimiz düşmən tapdağından azad edilib. Bu gün Azərbaycanda çox az sayda icra başçısı göstərmək olar ki, Qarabağ müharibəsində sonadək döyüşərək, torpaqlarımızın azad edilməsində yaxından iştirak etsin. Onlardan biri də bu gün haqqında söhbət açacağımız Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovdur. Qaçqınlıq elə özü bir problemdir Laçın dağlıq rayon olmaqla yanaşı, səfalı guşələri ilə məşhur olan bir yer idi. Bu torpaqlarda yaşayan insanlar gözlərini açıb uca dağlar, yaşıl meşələr, geniş çəməklər, sərin bulaqlar, səfalı təbiət görürdülər. Bu torapqların insanları hektarlarla ərazilərdə əkinlə-biçinlə məşğul olduqları halda, bu gün 20-30 kavdratmetrlik evlərdə yaşamaq məcburiyyətində qalıblar. Onlara bu gün bütün yardımlar göstərilir, yanlarında olub dərdlərinə şərik olunsa da, yenə də vətən həsrətinin yerini doldura biləcək təsəlli tapmaq mümkün deyil. Qarabağda döyüşmüş icra başçısı Bu gün bəzi nankorlar az qala düşmən ermənilər tərəfindən Qarabağın işğal edilməsinin günahını da icra başçısı Akif Səlimovun boynuna qoymaq istəyir. Bu insanlar hələ də anlamırlar ki, Qarabağ düşmən tapdağı altındadır və bu səbəbdən hər bir insan Prezidentin, onun yerlərə təyin etdiyi icra başçılarının ətrafında sıx birləşərək, mənfur ermənilərə qarşı bütün cəbhələrdə döyüşməlidirlər. Bu insanlar hələ də anlaya bilmirlər ki, döyüşlərdə can qoymuş oğulların dəstəkçisi olmaq, onlara yardımçı olmaq lazımdır. Xüsusən də belə birisi icra başçısıdırsa, həmin dəstək ikiqat olmalıdır. Çünki Qarabağ döyüşlərinin alvolarından çıxmış belə icra başçıları heç bir zaman elinə, obasına xor baxa bilməz. Əksinə, o, doğma torpaqlarının üzərində yaşayan hər bir insanın yardımçısı olmağa, onların problemlərinin həll edilməsinə çalışar. Laçının icra başçısı Akif Səlimov bir icra başçısı kimi yox, bir insan, bir laçınlı kimi, ən maksimal halda həmyerlilərinin yanında olub, onlara dəstək verir. O, Prezidentin səlahiyyətli nümayəndəsi kimi, dövlətin ayırdığı vəsaitlərin hesabına mümkün qədər laçınlıların dərdlərini sarımağa çalışır. Bu şəxs özünü təkcə icra başçısı yox, həm də bu elin oğlu hesab edir. Belə bir adama şər atmaq, haqqında böhtan danışmaq, ədalətsizcəsinə mühakimə etməyi nə bəndə, nə də Allah götürməz. Laçınlıların Prezidentə təşəkkür məktubundan... Laçınlılar ədalətli, səxavətli, obyektiv və insanpərvərdilər. Onlar həyat təcrübəsi görmüş, taleyin alınlarına yazdığı ən məşəqqətli günləri yaşamış və yaşayan insanlardırlar. Laçınlılar həm də insan sərafıdırlar. Onlar kimin necə olduğunu yaxşı bilirlər. Bir müddət əvvəl Akif Səlimovun Laçın rayonuna icra başçısı təyin olunandan sonra insanların sevinci yerə-göyə sığmırdı. Elə bu səbəbdən də laçınlılar dövlətimizin başçısına təşəkkür məktubları göndərərək, ona minnətdarlığını bildirmişdilər. Laçın ziyalıları öz məktublarında qeyd etmişdilər ki, belə bir təyinat hər bir rayon sakininin sevincinə səbəb olub və bu qərardan çox məmnundurular: “Hörmətli cənab Prezident! Laçının dəyərli ziyalısı, Akif Səlimovu Laçın Rayon İcra hakimiyyətinə İcra başçı təyin etməniz bizləri ümüdsüzlükdən xilas etdi. Bu ədalətli sərəncamı imzalamaqla bizlərin sevincinə səbəb olub. Rayonumuzun dəyərli ziyalısı Akif Səlimovu icra başçısı təyin edən cənab Prezidentimiz İlham Əliyevə laçınlı köçkünlər adından öz dərin minnətdarlığımızi bildiririk.Cənab Prezidentimizi əmin edirik ki, 2013-cü il Prezident seçkilərində yenə də cənab Prezidentimizin ətrafında sıx birləşərək Ulu Öndərimiz H.Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevə yekdilliklə səs verəcəyik. Allah cənab prezidentimizə yar olsun». Prezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısıPrezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısı Tarix və zaman göstərdi ki, laçınlılar həqiqətəndə prezident seçkilərində bir nəfər kimi seçki məntəqələrinə gedərək, Azərbaycanın gələcəyinə səs verdilər. Onlar ölkənin inkişafını, gələcəyini Prezident İlham Əliyevlə gördüklərindən onu seçdilər. Bu gün də laçınlılar Prezidentin səlahiyyətli nümayəndəsi Akif Səlimovun ətrafında da sıx birləşən laçınlılar onunla sonadək yol getməyə hazır olduqlarını bildirirlər. Cənab Prezidentin rəhbərliyi altında Akif Səlimov Laçın rayonu üçün nə edib? Laçın rayonun icra başçısı Akif Səlimovun yeni rəhbər təyin olunmasına rəğmən, böyük işlər gördüyü elə rəsmi rəqəmlərdən daha aydın görünür. Laçın rayonunda 2013-cü ilin mart ayından ötən dövr ərzində 6250 nəfər rayon sakinin iştirakı ilə 62 yerdə səyyar qəbul-görüş keçirmiş, həmçinin rayon İcra Hakimiyyətində 3 min nəfərdən çox vətəndaş qəbul edilmişdir. Qəbullarda rayon sakinlərinin qaldırdıqları və yerlərdə mümkün olan problemlərin həllinə qısa müddətdə nail olunmuş, bəzi problemlərin həlli isə rayon icra hakimiyyətinin nəzarətinə götürülmüşdür. Rayon rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə, Baş nazirin müavini cənab Əli Həsənov, bir çox nazirlik, komitə rəhbərləri ilə görüşlərdə Taxta-körpü ərazisində və laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdığı digər ərazilərdə elektrik enerjisi, yol, içməli su təchizatının yaxşılaşdırılması, ərazidə kiçik idman kompleksinin inşası, muzey binası tikintisi və digər məsələlərlə bağlı məsələ qaldırılmışdır. Xüsusilə Taxta-körpü ərazisində 1500 məcburi köçkün ailəsi üçün hər bir obada ayrılıqda qəsəbənin tikintisinin sürətləndirilməsi ilə bağlı məsələ qaldırılmış və məsələnin müsbət həllinə nail olunmuşdur. Prezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısı Cari ilin 9 ayı ərzində Taxta-körpü qəsəbəsi və məcburi köçkünlərimizin sıx məskunlaşdıqları digər ərazilərdə bir sıra tikinti-abadlıq işləri həyata keçirilmişdir. Taxta-körpü qəsəbəsinin girişində geniş abadlıq işləri həyata keçirilmiş, üzərində “Laçın obaları” sözü yazılmış iki yaşıl yamac inşa olunmuşdur. Yamacların gecə işıqlandırılması isə əraziyə xüsusi yaraşıq verməklə rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Eyni zamanda rayon üçün planlaşdırılmış abadlıq xərcləri hesabına 552 ailəlik qəsəbə istiqamətində yol kənarında 1162 m2 istinad divarı hörülmüş, 700 metr bardür qoyulmuş, 1322 m2 aqlay örtüklü səki tikilmiş, 141 ədəd işıqlandırıcı quraşdırılmışdır. Taxta-körpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə 45 ədəd transformatorda və müxtəlif gücə malik 25 km uzunluğunda elektrik hava xəttində təmir işləri aparılmışdır. Lakin ərazidəki elektrik xətləri uzun müddətdir ki, istifadə olunduğundan və əsasən primitiv qaydada çəkildiyindən bu gün əhalinin mövcud tələbatını ödəmir və tez-tez qəzalar baş verir. Bununla əlaqədar olaraq Dövlətqaçqınkoma məktubla müraciət edilmiş, 2 ədəd transformator alınaraq Mişni və Vağazin obalarına verilmiş, ərazidəki obalarda yararsız vəziyyətdə olan 12000 metr naqil yenisi ilə əvəz edilmişdir. Eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə laçınlı məcburi köçkünlərin məskunlaşdığı Şəki rayonu Aydınbulaq kəndinin Cücərmiş adlanan ərazisinə 10-kv-luq elektrik verilişi xətti çəkilmiş, işıqla bağlı uzun müddətdir ki, mövcud olan problem aradan qaldırılmışdır. Prezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısı Prezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısı Daxili imkanlar hesabına Qarakeçdi obasında məktəb binasında ağır vəziyyətdə yaşayan, vərəmli xəstə Valeh Axundova, Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşmış və evi qəzalı vəziyyətdə olan Ərikli kənd sakini, ailə başçısını itirmiş Sədaqət Şirinovaya, Vağazin obasında Qarabağ müharibəsi iştirakçısı Araz Əhmədova yeni ev tikilmiş, Bakı şəhərində məskunlaşmış Oğuldərə kənd sakini I qrup Qarabağ əlili Rafiq Hacıyevin, Goranboy rayonunun Ağcakənd qəsəbəsində Ələkçi kənd sakini Əsli Şirinovanın yaşayış evi əsaslı təmir olunmuşdur. Ötən dövr ərzində Taxta-körpü ərazisindəki avtomobil yollarının 59 km-lik hissəsində cari təmir işləri görülmüş, 2010 m2 yol, küçə və meydanlara asfalt örtük verilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə Vağazin, Malıbəy obalarında, laçınlı məcburi köçkünlərin sıx məskunlaşdığı Qəbələ rayonunun Kürd kəndində və Şəki rayonunun Polimet ərazisində yollar əsaslı təmir edilmişdir. Eyni zamanda daxili imkanlar hesabına 55 saylı Yol İstismarı idarəsi ilə birlikdə Taxta-körpü ərazisindəki Vağazin, Qarıqışlaq obalarında 1.5 km uzunluğunda çınqıl örtüklü yol əsaslı təmir edilmiş, Mişni obasında isə 1.4 km uzunluğunda yolun tikintisi həyata keçirilmişdir. Görülən bu işlər rayon sakinləri tərəfindən minnətdarlıqla qarşılanmışdır. Taxta-körpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 10 ədəd nasos, mühərrik və transformatorda əsaslı təmir işləri aparılmış, 48 km uzunluğunda kanallar lildən təmizlənmişdir. Eyni zamanda «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq Taxta-körpü ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə meliorasiya tədbirləri davam etdirilmişdir. Rayon rəhbərliyinin əhalinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı Birləşmiş Sukanal MMC ilə apardığı işlər nəticəsində Taxta-körpü qəsəbəsində, Sadınlar, Alxaslı, Hacılar, Qarıqışlaq, Fingə və Ağbulaq obalarında içməli su şəbəkələrində 3585 metr uzunluğunda boru yenisi ilə əvəz edilmiş, 2800 metr uzunluğunda xətdə və 1 ədəd elektrik nasosunda təmir işləri aparılmış, idarə üçün bir ədəd “Şevrolet” markalı maşın alınmışdır. Cari ilin ötən dövrü ərzində Taxta-körpüdəki yeni qəsəbədə 512 nömrəlik ATS quraşdırılaraq daxili xətt təsərrüfatının tikintisinə başlanılmışdır. 2013-cü ilin aprel ayında rayon on sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq Suraxanı rayon İcra Hakimiyyətinin köməkliyi ilə Yeni Günəşli qəsəbəsində mərasim evinin tikintisi üçün torpaq sahəsi alınaraq tikinti işlərinə başlanılmışdır. Binada hazırda son tamamlama işləri görülür və yaxın vaxtlarda açılışı nəzərdə tutulmuşdur. Eyni zamanda Bakı şəhərinin Hövsan qəsəbəsində isə xeyir-şər evi əsaslı təmir olunmuşdur. Hesabat dövründə rayon sakinlərinin, xüsusilə rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına diqqət daha da artırılmış, bu istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Cari ilin iyul ayında Bakı şəhərində 500 nəfərə qədər Qarabağ müharibəsi döyüşçüsü, şəhid ailəsinin iştirakı ilə görüş keçirilmiş, onların problemləri və çətinlikləri öyrənilmişdir. Hazırda bu problemlərin həlli ciddi nəzarətdə saxlanılır. Prezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısıPrezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısı Novruz bayramı, Milli Qurtuluş günü, Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Taxta-körpü ərazisində və Ağcabədi şəhərində məskunlaşmış 3490 ailəyə ərzaq yardımı göstərilmişdir. Gətirilən yardımların paylanmasında əvvəllər yol verilən nöqsan və qanunsuzluqlar tamamilə aradan qaldırılaraq, bu sahədə tam şəffaflığa nail olunmuşdur. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələri işçilərinin əmək haqlarından toplanan vəsait hesabına formalaşan Rayon İcra Hakimiyyətinin “Xeyriyyə Fondu”nun vəsaitlərinin xərclənməsində də əvvəllər ciddi nöqsanlara yol verilmişdir. Belə ki, imkanlı şəxslərə dəfələrlə maddi köməkliklər olunmuş, ehtiyacı olan insanlar isə kənarda qalmışlar. Bununla da bağlı nöqsanlar aradan qaldırılmış və hazırda bu vəsaitlər Komissiya tərəfindən ciddi araşdırılaraq yalnız maddi cəhətdən ən imkansız şəxslərə verilməsi təmin olunur. İlin ötən dövrü ərzində Qızıl Aypara Cəmiyyətinin Laçın rayon bölməsi tərəfindən 110 ailəyə ərzaq bağlamalarından ibarət yardım edilmişdir. Bununla yanaşı rayonun həmkarlar təşkilatlarının xəttilə 25 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına 2500 manat məbləğində maddi köməklik olunmuşdur. Rayonun daxili imkanları hesabına bayram ərəfələrində respublikanın 28 rayon və şəhərində məskunlaşmış 600 nəfərdən çox şəhid ailəsi, Qarabağ müharibəsi əlili ilə məskunlaşdıqları ünvanda görüşülərək, onlara ərzaq bağlamaları verilmişdir. Eyni zamanda Qurban bayramı münasibəti ilə Taxta-körpü qəsəbəsində geniş bayram tədbiri keçirilmişdir. Ərazidə fəaliyyət göstərən fermerlər və digər imkanlı şəxslər tərəfindən gətirilmiş 2 baş iri buynuzlu, 150 baş xırda-buynuzlu heyvan qurban kəsilmiş və həmin qurban payları Respublikanın 28 rayon və şəhərində müvəqqəti məskunlaşmış 1200 şəhid, Qarabağ müharibəsi əlili, Böyük Vətən Müharibəsi iştirakçısı, tənha və imkansız laçınlı ailəsinə paylanılmışdır. Təhsil və aqrar sahələr diqqətdən kənarada qalmayıb Aqrar sahəyə göstərilən diqqət və qayğı nəticəsində Laçın rayonunda əhali və fermer təsərrüfatlarında 01 dekabr 2013-cü il tarixə 32120 baş iri buynuzlu, 193950 baş xırdabuynuzlu heyvan, 5395 arı ailəsi olmuşdur. 2013-cü ilin 9 ayı ərzində 17187 sentner ət, 105000 sentner süd, 3800 sentner yun, 952 min ədəd yumurta istehsal edilmişdir. 2013-cü ilin məhsulu üçün əkilmiş 1787 taxıl sahəsindən 5309 ton məhsul istehsal edilmiş, hər hektardan orta hesabla 25,9 sentner məhsul götürülmüşdür. Həmçinin, rayon sakinləri tərəfindən sahələrdən 11 596 ton qaba yem toplanmışdır. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 3440 hektar əkin sahəsinə görə 729 nəfər istehsalçıya kompensasiya ödənişinin vaxtında ödənişi təmin edilmiş, bu sahədə yol verilən ciddi nöqsanlar tamamilə aradan qaldırılmışdır. Daxili imkanlar hesabına rayon əhalisinin Taxta-körpü ərazisində heyvandarlıq və əkinçiliklə məşğul olan sakinlərinə dizel yanacağı ilə köməkliklər olunur. Rayon əhalisinin məşğuliyyətinin əsasən heyvandarlıq olduğu nəzərə alınaraq Taxta-körpü ərazisində bu sahənin inkişafı üçün bütün imkanlardan maksimum istifadəyə çalışılır. Cari ilin ötən dövrü ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin də fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon Təhsil şöbəsi üçün yeni inzibati bina istifadəyə verilmiş və şöbə yeni dərs ilindən artıq müasir, bütün inventar və avadanlıqlar təchiz edilmiş binada fəaliyyətə başlamışdır. Büdcə vəsaiti hesabına rayonun 13 ümumtəhsil məktəbi təmir edilmiş, Vağazin 2 saylı tam orta məktəbi üçün əlavə 2 sinif otağı tikilmiş, Qozlu və 37 saylı tam orta məktəblərində kombi tipli isitmə sistemi quraşdırılmışdır. Eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə rayonun 5 saylı tam orta məktəbi əsaslı təmir edilmişdir. Təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər, mövcud nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər sayəsində 2013-cü il rayonun ümumtəhsil məktəblərinin müsbət göstəriciləri ilə də yaddaqalan olmuşdur. Xüsusilə ümumtəhsil məktəblərində buraxılış imtahanlarının nəticələrinə görə Laçın rayonunun respublikada 9-cu yeri tutması, rayonun ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 206 nəfərinin ali məktəbə qəbulu, 32 nəfərin 500-dən, 9 nəfərin isə 600-dən yuxarı bal toplaması, 1 nəfər tələbəmizin Prezident təqaüdünə layiq görülməsi, Müəllim günü ərəfəsində bir nəfər rayonun təhsil işçisinin cənab Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması 2013-cü ildə əldə olunmuş ən böyük uğurlardandır. Cari ilin sentyabr ayında laçınlı ziyalıların iştirakı ilə ali məktəbə yeni qəbul olunmuş tələbələrlə Bakı şəhərində möhtəşəm görüş keçirilmiş və həmin görüşdə yüksək bal toplamış tələbələrimizə kompyuter və digər qiymətli hədiyyələrin verilmişdir. Yeni dərs ilinin başlanması ilə əlaqədar cari ilin oktyabr və noyabr aylarında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Bakı, Sumqayıt, Abşeron, Ağcabədi və Taxta körpü ərazisində fəaliyyət göstərən Laçın rayonunun 1 , 3, 11, 37 nömrəli və Taxta körpü tam orta, Aran Badamdar ümumi orta məktəblərində olmuşdur. Rayon rəhbəri görüş keçirtdiyi rayonun , görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə təhsilinə göstərdiyi hərtərəfli diqqət və qayğıdan ətraflı söhbət açmış, ilbəil yeni inşa edilmiş yüzlərlə təhsil müəssisələrinin məktəblilərin istifadəsinə verilməsinin, xüsusilə müasir texniki avadanlıqlarla təmin edilməsinin ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanmasını bildirməklə, bunun ölkə təhsilinə yeni bir stimul verdiyini bildirmişdir. Rayon rəhbəri eyni zamanda ötən tədris ilində pedaqoji kollektivlərin əldə etdikləri nailiyyətlərə diqqət çəkərək, bu istiqamətdə işlərin davam etdirilməsini, təhsildə yeni təlim metodlarından istifadənin vacibliyini vurğulamışdır. Bununla yanaşı Rayon İcra Hakimiyyətinin başçısı pedaqoji kollektivlərlə görüşü zamanı məktəblilərə son iyirmi ildən artıq bir dövrdə ata baba yurdlarımızın yadelli erməni təcavüzkarları tərəfindən işğalda saxlanıldığını bildirməklə onlarla hərbi vətənpərvərlik mövzusunda geniş söhbətlər aparmış, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğundan danışaraq, gənclərimizin digər sahələrlə yanaşı hərb sənətinə yiyələnməyin vacibliyini pedaqoji kollektivlərə tövsiyə etmişdir. Bununla yanaşı rayon rəhbəri dövlətimizin regionda tolerant və sülhsevər dövlət olması ilə yanaşı, ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızın sülh yolu ilə işğaldan azad olması istiqamətindəki uğurlu siyasətdən, bu sahədə aparılan geniş diplomatik fəaliyyətindən danışmışdır. Həmçinin o, bununla yanaşı ölkə vətəndaşlarının da hər an Ali Baş Komandan cənab İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını qeyd etməklə əgər torpaqlarımızın işğaldan azad olunması sülh yolu ilə alınmazsa, hərbi yolla da işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirmişdir. Rayon rəhbəri görüş zamanı məktəblilərin təhsil səviyyəsi ilə maraqlanmış, müəllim və şagirdlər tərəfindən qaldırılan mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq köməklik olunması üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir. Laçın səhiyyəsi inkişaf edir Rayonun tibb müəssisələrinin fəaliyyəti ilə bağlı cari ilin sentyabr ayında Taxta-körpü qəsəbəsindən xeyli uzaqda və rahat yolu olmayan Malıbəy obasında tibb məntəqəsinin tikintisinə başlanılmış və hazırda son tamamlama işləri görülür. Bu obyektin tikintisi laçınlı iş adamı Şahin Məmmədovun xeyriyyəçilik təşəbbüsü sayəsində “Qartal” tikinti firması tərəfindən həyata keçirilir. Laçında döyüşkən gənclik yetişir Gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onlarda Vətənə, dövlətə sədaqət hisslərinin aşılanması istiqamətində çox ciddi işlər həyata keçirilməkdədir. Cari ilin iyun ayında respublikanın müxtəlif rayon və şəhərində məskunlaşmış 600 nəfərə qədər rayon gənci ilə Taxta-körpü qəsəbəsində və Bakı şəhərində görüş keçirilmiş, onların problem və təklifləri dinlənilmişdir. Bu görüşlərin nəticəsi onu deməyə əsas verir ki, rayonun savadlı, müasir dünyagörüşlü, vətənpərvər gəncliyi yetişməkdədir. Rayon rəhbərliyinin Hərbi Akademiyalara qəbulla bağlı qaldırdığı təşəbbüs bütün rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Hərbi vətənpərvərliklə bağlı aparılan marifləndirmə və təbliğat işləri öz müsbət nəticəsini vermiş, bu il 3 nəfər rayon gənci Ali Hərbi Akademiyaya, 7 nəfər isə Cəmşid Naxçıvanski adına liseyə daxil olmuşdur. Eyni zamanda vətəndaşların müraciətlərinə baxılması istiqamətində aparılan məqsədyönlü işin nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ilin 11 ayı ərzində ərizə və şikayətlərin sayı 305 ədəd və ya 40 faiz azalmışdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 6 aylıq hesabatında vətəndaşların ərizə-şikayətlərinin bütövlükdə azaldığı 11 rayondan biri Laçın rayonu olmuşdur. Prezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısıPrezidentin güvəndiyi və etimad göstərdiyi icra başçısı Bütün bu sadalanan məlumatlar onu sübut edir ki, Akif Səlimov cənab Prezidentin tapşırıqlarını vaxtında və uğurla yerinə yetirərək ona göstərilən etimadı doğruldur. Bizə isə bircə bunu arzulamaq qalır. Tezliklə Akif Səlimovun rəhbərliyi altında işğal olunmuş Laçını bundan da yaxşı abadlıq-quruculuq işləri aparmaq arzusu. İnşalah,arzumuz çin olar!
Bolgexeber.com