BolgeXeber.Com » Bölgə » Gəncənin icra başçısı köhnə rayonunda “kadr islahatı” aparıb

Gəncənin icra başçısı köhnə rayonunda “kadr islahatı” aparıb

8-04-2014, 13:30
Oxunub: 4 258 Elmar Vəliyev Yevlaxı kimə tapşırdı?
Gəncə qubernatoru Elmar Vəliyev köhnə yeri Yevlaxda bir sıra dəyişikliklər edib. Bu barədə azerinfo-ya daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, rayonun idarə olunması ilə bağlı bir sıra dəyişikliklər edən Vəliyev “problemli məmurları” ətrafında görmək istəmir. Bu səbəbdən də öncəliklə adı polislə dava ilə gündəmə gələn Yevlax rayon Yaşıllaşdırma İdarəsinin müdiri Etibar Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, 29 noyabr 2013 cü ildə Yevlax şəhərinin mərkəzində 10 BC 111 dövlət nişanlı, 120 min manatlıq “Land Cruser” avtomobilinin sahibi Etibar Əliyevin 18 yaşlı oğlu sürətlə sürdüyü üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanldığı zaman, o, müqavimət göstərərək, polis əməkdaşını ağır şəkildə təhqir etmişdi. Hadisə baş verən zaman icra başçısının müavini, sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Namiq Süleymanovun da Etibar Əliyevin oğlu ilə polis arasındakı mübahisyəyə qarışaraq, polis işçilərindən birini dişini qırdığı bildirildi. Hadisədən sonra icra başçısının müavini və yaşıllaşdırma idarəsinin müdirinin oğlu bir neçə saat rayon polis idarəsində saxlanılmışdı. Yevlax rayonundan verilən xəbərə görə, icra başçısının müavini Namiq Süleymanova isə ciddi şəkildə töhmət ilə canını qurtarsa da, Etibar Əliyev vəzifəsindən uzaqlaşdırılıb.

Mənbəmiz qeyd edir ki, Elmar Vəliyev yaxını olan Namiq Süleymanovun adı qara siyahıya salındığı üçün artıq Yevlaxda bütün işləri icra başçısının müavini Qənimət Qaraşov həyata keçirir. Yəni, Gəncə qubernatorunun yeni vəziri-mütləqi Q.Qaraşovdur. İnformasiya mənbəmiz idda edir ki, rayon icra başçısı Qoca Səmədov kabinetindən nadir hallarda çıxır. Yevlax sakinləri icra başçısını tədbirlərdə görürlər. Hətta icra başçısının qəbul işlərini belə birinci müavini Qənimət Qaraşov həyata keçirir.

Elmar Vəliyevin etimad göstərdiyi Qənimət Qaraşov da hələki vəzifəsini “yaxşı icra edir”. Rayonda quşun belə ondan xəbərsiz uçmasına icazə verməyən Q.Qaraşov əsasən bütün maliyyə işlərini öz nəzarətində saxlayır.

Araşdırmalarımız davam edir.

Yazıd adı çəkilən şəxslərin cavab haqqını dərc etməyə hazırıq.
Bolgexeber.com