BolgeXeber.Com » Bölgə » Masallıda yüz minlərlə manata başa gəlmiş yollar niyə dağılır?

Masallıda yüz minlərlə manata başa gəlmiş yollar niyə dağılır?

9-04-2014, 10:05
Oxunub: 3 460 Həsənli-Xırmandalı və Musaküçə-Lürən yolu bir il davam gətirmədi

Masallı rayonunda kəndlərarası yolların çəkilişi üçün ayrılmış yüz minlərlə manat vəsaitin havaya sovrulduğu məlum olub. Bolgexeber.com-a verilən məlumata görə, bir il bundan əvvəl çəkilmiş iki yol artıq bərbad vəziyyətə düşüb.

Belə ki, Həsənli-Xırmandalı yolu üçün ayrılmış külli miqdarda vəsaitin necə və nəyə xərcləndiyi bir il içində məlum olub. Məlumatda deyilir ki, həmin yollar bir ilin içində dağılaraq, istifadəyə yararsız hala düşüb. Vəziyyəti belə görə, yerli qurumlar isə həmin yolları yamaqlamaq məcburiyyətində qalıb.

Bir digər yol isə Musaküçə-Lürən yoludur. Bu yol da bir il bundan əvvəl yüz minlərlə manat vəsait hesabına araya-ərsəyə gətirilib. Amma keyfiyyətsiz asfalt çəkilişləri özünü bu bir ilin içində göstərib. Nəticədə, iki kəndi birləşdirən yol dağılıb. Masallı rayon İcra Hakimiyyəti isə bu yolun da təmirinə əlavə pul ayırtdırıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com