BolgeXeber.Com » Bölgə » Zaqatalada məmurların laqeydliyi ucbatından şagirdlər çayxanada dərs keçir

Zaqatalada məmurların laqeydliyi ucbatından şagirdlər çayxanada dərs keçir

9-04-2014, 13:15
Oxunub: 4 375 İcra hakimiyyəti zəhərli ilanlara qarşı heç bir tədbir görmür

Bolgexeber.com bir müddət əvvəl Zaqatala rayon Yengiyan kəndi Nəcəf Aslanov adına tam orta məktəbində qorxulu anlar yaşanmasından yazmışdır.Həmin yazıda bildirilirdi ki, soyuqlar düşəndən zəhərli ilanların məktəbə kütləvi şəkildə hücumu baş verir.Bu gün həmin kənddən olan valideyinlər redaksiyamıza yenidən müraciət etmişdilər.Onların verdiyi məlumatdan məlum olur ki, problem hələ də öz həllini tapmayıb. Belə ki, valideyinlərin bildirdiyinə görə övladlarının hərəsi bir yerə,bəziləri çayxanaya,bəziləri bələdiyyənin binasına ,bir qismi də orda-burda yerləşdirilib və onların dərs keçdiyi yerlər çox pis şəraitdədir.Amma buna baxmayaraq aidiyyatı qurumlar onların bu problemi ilə maraqlanmır.Məsələ ilə bağlı Bolgexeber.com yenidən Zaqatala Rayon İcra hakimiyyətinin məsul şəxsləri ilə əlaqə saxladıq. İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vəfa Süleymanova əməkdaşımıza açıqlamasında bildirdi ki,həqiqətən də bu problem hələ də mövcuddur.Ancaq təzə məktəb binasının tikintisi və ya təmiri haqda hələ ki, heç bir sərəncam verilməyib və bu səbəbdən çox güman ki, məsələ öz həllini yalnız gələn dərs ilinəcən tapacaq. Qeyd edək ki, valideyinlərin dediyinə görə zəhərli ilanların məktəbə kütləvi şəkildə hücumu haqda yazımızdan sonra aidiyyatı qurumlar yalnız gəlib dərmanlayıb gediblər və bununla da işlərini bitmiş hesab edirlər.Belə çıxır valideyinlərə və şagirdlərə yalnız gözləmək qalır…

***
İcra hakimiyyəti zəhərli ilanlara qarşı heç bir tədbir görmür

Zaqatala rayon Yengiyan kəndi Nəcəf Aslanov adına tam orta məktəbində qorxulu anlar yaşanır. Belə ki, soyuqlar düşəndən zəhərli ilanların məktəbə kütləvi şəkildə hücumu baş verir. Bu barədə Bolgexeber.com-a müraciət edən məktəbin şagirdlərinin valideyinləri - Oruc İsayev, Sərdar Məmmədov, Xəyal Rəcəbov, Məsum Orucov, kəndin axundu Nizammədin Muradov məlumat veriblər . Onların dediyinə görə bu dəhşət artıq iki ildir ki, yaşanır. Valideyinlərin bildirdiyinə görə onlar uşaqlarını zəhərli ilanlardan qorumaq üçün tədbir görülməsi haqda dəfələrlə Zaqatala Rayon Təhsil şöbəsinə , İcra hakimiyyətinə və yerli Sanitar Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etsələr də problemlə bağlı heç bir tədbir görülməyib. Bu səbəbdən sakinlər artıq ölkə başçısına və aidiyyatı qurumlara müraciət etməyi hazırlaşırlar. Məsələni gündəmdə saxlayacayıq.
Bolgexeber.com