BolgeXeber.Com » Bölgə » Daşkəsənin icra başçısı özünə bahalı İcra Hakimiyyəti binası tikdirir

Daşkəsənin icra başçısı özünə bahalı İcra Hakimiyyəti binası tikdirir

10-04-2014, 08:45
Oxunub: 3 253 18 ailə isə divarları uçmuş evlərdə yaşayır

Daşkəsənin icra başçısı Əhəd Abıvyev özünə 4 milyon manatlıq İcra Hakimiyyəti binası tikdirir. Dövlət Satınalmalar Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, artıq ötən il bununla əlaqədar dövlət büdcəsindən pul da ayrılıb.

Qeyd edək ki, keçmiş deputat, hazırda Daşkəsənə rəhbərlik edən Əhəd Abıyevin inşa etdirdiyi binanın smetasının şişirdildiyi deyilir. Çünki analoji binanın digər rayonlarda inşası 2-2,5 milyon manata başa gəldiyi halda, Daşkəsəndə iki dəfə çox olması yetərli qədər şübhələrə yol açıb. Eyni zamanda, sözügedən şəxsin daha kəhkəşanlı bir binada əyləşmək istəyi işləri bu həddə gətirib çıxarıb.

jam.az-a verilən məlumatlarda vurğulanır ki, hətta həmin binanın inşası zamanı yaxınlıqda yerləşən və 18 ailənin yaşadığı binanın divarları da bir-birindən aralanıb. Ötən yay baş verən hadisənin üzərindən 1 ilə yaxın vaxt keçməsinə rəğmən, hələ də problem həllini tapmayıb.

Məlumatlarda o da vurğulanır ki, Əhəd Abıyev İcra Hakimiyyətinin binasının inşasını təkcə dövlət büdcəsindən ayrılmış pullar hesabına həyata keçirmir. İddialara görə, icra başçısı həmçinin yerli sahibkarlar, idarə və müəssisə rəhbərlərinin də vəsaitlərindən yararlanır.