BolgeXeber.Com » Bölgə » Əhməd Əhmədzadənin Qax və Zaqataladakı idarələrində şok yeyinti

Əhməd Əhmədzadənin Qax və Zaqataladakı idarələrində şok yeyinti

10-04-2014, 12:15
Oxunub: 3 363 Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaqatala və Qax Su Təsərrüfatları idarələrinə niyə bu qədər pul ayırır?

Qax və Zaqatala Su Təsərrüfatları idarələrində hər il dövlətin yüzminlərlə manat vəsaiti mənimsənilir.

Ölkə büdcəsindən ən çox vəsait ayrılan qurumlardan biri Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Adı çəkilən quruma hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır ki, bu vəsaitlər də təyinatları üzərə yerli su idarələrinə istiqamətləndirilir. Lakin Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli qurumları kənd təsərrüfatı və digər sahələrin rentabelli işləməsi üçün ayrılan bu vəsaitlərin təxminən 80 faizin “udur”. Daha doğrusu bu vəsaitlər təmir, kanaltəmizləmə, ehtiyat hissələri alma və s. xərclər adı altında mənimsənilir. Rayonlardakı drenaj və kollektorların, həmçinin kəndli təsərrüfatlarının su ilə təchiz olunmasında qlobal problemlər isə hələ qalmaqdadır. Bu gün Azərbaycanın ən böyük problemlərindən biri də torpaqların şorlaşmasıdır.

Lakin Meliorasiya və Su Təsərrüfatı ASC-nin satınalma sənədləşdirilməsinə baxdıqda ən səriştəsiz adam belə deyir ki, bu ölkəninin melorasiya və kənd təsərrüfatı problemləri olmamalıdır. Amma fakt faktlığında qalır ki, Əhməd Əhmədzadə bu qurumu çalışdığı 20 il ərzində rayonlarda heç nə dəyişməyib. Yəni sovet dövründə aparılan işlərdən savayı gözə dəyən elə bir iş görülməyib. Amma dövlət bu sahəyə hər il milyonlarla manat vəsait ayırır.

Vəsait ona görə ayrılır ki, ölkədə kənd təsərrüfatı inkişaf etsin və bir zamanlar kənd təsərrüfatı ölkəsi kimi tanınan Azərbaycan yenidən keyfiyyətli malları ilə həm daxili bazarı təmini etsin, həm də ölkədən xaricə kənd təsərrüfatı malları çıxararaq kənd sakinlərinin rifahına yol açısn. Lakin ortada olan mənzərə tamamilə fərqlidir. Bir qrup şəxs ayrılan bu vəsaitləri mənimsəyərək özlərinin və yaxınlarının rifah və firavanlıqlarını təmin edirlər.

Misal üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə çox yaxın olan iki rayona, Qax və Zaqatala rayonlarına hər il ayrılan vəsait yüz min mantlarladır. Bu iki rayonun Suvarma Sistemləri, Subartezan İstismar və Melorasiya idarələrinin müdirləri dəbdəbəli malikanələrə, obyektlərə və çoxlu sayda var -dövlətə sahibdirlər.

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC Qax və Zaqataylaya digər rayonlara nisbətən daha çox vəsait ayırmasına səbəb, istər idarə müdirlərinin, istərsə də icra başçılarının Əhməd Əhmədzadənin çox yaxın qohumları olmasıdır. Məlumata əsasən elə «böyük tortun» ən böyük hissəsi də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə çatır.

Belə ki, 2013-cü ildə Qax Suvarma Sistemləri İdarəsinə və Subartezan İstismar İdarələrinə üst üstə 720 min manat vəsait ayrılıb. Bu vəsaitlərin 600 mindən çoxu isə Soltan Camalovun rəhbərlik etdiyi Qax Suvarma Sistemləri idarəsinin payına düşüb . Təkcə ehtiyat hissələrinin və tikinti matreallarının alınmasına 480 min manta vəsait ödənilib.

Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, bu vəsaitin böyük bir hissəsi idarə müdiri tərfindən mənimsənilib. Soltan Camalov sənədlərdə qiymətləri şişirtməklə yanaşı, həm sadəcə satınalma sənədlərini saxtalaşdırmaqla da məşcul olub. Yəni sənədlərdə nələrinsə alınması göstərilsə də, əslində heç bir şey alınmır, sadəcə külli miqdarda pul silinir.

Mənbə həmçinin bildirir ki, Qaxda Soltan Camalovun bir sözünü iki eləmək hər kəsin işi deyil. Qax Suvarma Sistemləri idarəsinin müdiri icra başçısı Musa Şəkiliyevdən və Əhməd Əhmədzadədən başqa heç kimi saymır və heç kimlə də hesablaşmır.

Zaqatala rayon Suvarma Sistemləri İdarəsinin müdiri Fikrət Şərifov da "seçilmiş" müdirlərdən hesab olunur. Mənbə bildirir ki, heç bir iş görməyən və günlərini əsasən Bakıda keçirən Fikrət Şərifovun idarəsinə hər il yüz min manatlarla vəsit keçirilir və sonradan bu pulların hara yoxa çıxdığını heç kim bilmir. Misal üçün təkcə yola verdiymiz 2013-cü ildə Zaqatala Suvarma Sistemləri İdarəsinin hesabına yarım milyondan artıq vəsait köçürülüb. Amma Fikrət Şərifov barmağını yumub hansısa işi gördüyünü deyə bilməz, deyə mənbə iddia edir.

Ayrılan vəsaitlər güya sement, ehtiyat hissələri və tikinti matrealların alınmasına xərclənib. Amma orta da heç bir iş yoxdur. Sadəcə bəzi yerlər boyayıblar, bəzi yerlərdə isə kanallarda bir neçə yüz metr məsafədə qazıntı aparıblar.

Məlumatda o da qeyd olunur ki, Qax və Zaqata Suvarma Sistemləri İdarələrinə 2012-ci ildə ayrı-ayrılıqda 1 milyondan artıq vəsat ayrılıb. Həmin vəsitin də hara xərclənməsini isə ancaq idarə müdirləri və Əhməd Əhmədzadə bilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com