BolgeXeber.Com » Bölgə » Neftçalada sakinlər məmur özbaşınalığından narazılıq edir

Neftçalada sakinlər məmur özbaşınalığından narazılıq edir

14-04-2014, 07:55
Oxunub: 3 509 Neftçala rayonunun Qaramanlı inzibati ərazi dairəsinə daxil olan, ümumilikdə 6500 nəfərin yaşadığı Astanlı, Qədimkənd, Qaralı, Kürqarabucaq kəndlərində 1998-ci ildə aparılmış torpaq islahatı zamanı təməli qoyulan narazılıq hələ də səngiməyib.

Baş verənlərlə əlaqədar 16 ildir mübarizə aparıb haqqını arayan kənd sakinləri adından çıxış edən Möhübbət Kazımov, Vidadi Yunusov, Məhəmmədhüseyn Mustafayev, Yusif Abbasov, Xalid Fərəcov və başqaları kollektiv olaraq infom.az-ın əməkaşına şikayət ediblər.

Onların bidlirdiyinə görə islahat zamanı Qaramanlı kənd inzibati ərazi dairəsində yaşayanların hər birinə 0,86 ha pay torpağı veriıib: “Bunun 48 sotu yaxın, 38 sotu isə uzaq ərazidən ayrıldı. Halbuki bu torpaqları elə bir ərazidən- kənd ətəyindən də vermək olardı. İslahat zamanı rayonun (adları məlum olan) işbazları, vəzifə, imkan sahibləri döviriyəyə girərək, yaxın ərazidə olan məhsuldar yerləri müxtəlif adlar altında islahatdan kənar saxlayaraq özlərinə götürdülər, bu gün də ondan istifadə edirlər.

Mübahisə də elə bu torpaqların üstündə gedir.” Kənd sakinlərinin deməsinə görə sonuncu dəfə 2500 nəfərin imzasıyla Rayon İcra Hakimiyyətindən xahiş ediblər ki, əhaliyə paylanılmış 350 hektar pay torpağı eyni ölçüdə bələdiyyə mülkiyyətində olan torpaqla dəyişdirilsin: “Əhali faktiki olaraq pay torpağından istifadə edə bilmir. Bunun başlıca səbəbi odur ki, derenaj kollektorlar süxur suları ilə dolub və suyun kənara çıxışı təmin edilmir. Nəticədə əkin sahələri şorlaşıb. Bələdiyyə mülkiyyətinə verilmiş torpaqdan isə bir qrup şəxs faydalanır. Təssüf ki, müraciətimizə bu günədək heç bir cavab ala bilməmişik.”

Maraqlıdır ki, kollektorların ilbəil qazılmasına cavabdeh olan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovun ərazidə balıq gölləri və əkin yeri var, lakin ona məxsus təsərrüfatlarda heç bir problem yoxdur. Yerli və mərkəzi icra hakimiyyəti orqanlarının hərəkətsizliyinə görə kənd sakinləri son çarəni kənd bələdiyyəsinin sədri Mirbəşir Ağayevi məhkəməyə verməkdə, bələdiyyə qərarlarını ləğv etdirməkdə görürlər.
Bolgexeber.com