BolgeXeber.Com » Bölgə » Sumqayıt Texnologiyalar Parkında yoxlamalar

Sumqayıt Texnologiyalar Parkında yoxlamalar

14-04-2014, 13:05
Oxunub: 3 429 Etibar Pirverdiyevin «vurulacağı» ilə bağlı xəbərlər təsdiqlənir

"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin işdən çıxarılacağı barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Etibar Pirverdiyevin işdən çıxarılması "Azərenerji”də və Sumqayıt Texnologiyalar Parkında (STP) yaranmış vəziyyətlə bağlıdır.

Bildirilirdi ki, STP-də böhran hökm sürür, aylardır işçilərə əmək haqqı verilmir. "Azərenerji”də təxminən eyni vəziyyətdir. Bu qurumda hətta kağız almağa vəsait tapılmır. Bütün bunlar isə "yuxarılar” tərəfindən Etibar Pirverdiyevin yarıtmaz idarəçiliyi ilə izah edir. Ona görə də onun işdən çıxarılması gündəmə gəlib. Məlumatda qeyd olunurdu ki, hətta Etibar Pirverdiyev əvəzləyəcək şəxs də müəyyənləşib. Bu "Bakıelektrikşəbəkə” ASC-nin Idarə Heyətinin sədri Baba Rzayevdir.

Məlumatlar təsdiqini tapmaqdadır. Artıq Hesablama Palatasının STP-də yoxlamalara başlayıb. Bildirilir ki, yoxlamalardan sonra STP-nin idarəetməsi Etibar Pirverdiyevdən alınacaq.
STP-dən sonra oxşar yoxlamaların "Azərenerji”də aparılması gözlənilir. Bu yoxlamalar da Etibar Pirverdiyevin "Azərenerji”yə rəhbərliyinə son qoyması ilə nəticələnəcək.