BolgeXeber.Com » Bölgə » Beyləqanda polis rəisindən narazılıq pik həddə çatıb

Beyləqanda polis rəisindən narazılıq pik həddə çatıb

15-04-2014, 08:30
Oxunub: 3 234 Buna qarşılıq olaraq sahibkarlar etiraz aksiyaysı keçirəcək

Sos siqnal: Sahibkar Anar Zeynalovdan Daxili işlər nazirliyinə həyacan təbili!
Beyləqandan «olaytv.»-əyə M. Əsədov küçəsi ev 122-də yaşayan Zeynalovlar və Ağayevlər tərəfindən şikayət ərizəsi daxil olub. Şikayət ərizəsində bildirilir ki, bir neçə aydir Beyləqana yeni təyin olunmuş rəis Fizuli Şıxəliyevin sahibkarlara qarşı haqsızlığı son dərəcə dözülməzdir. Sahibkar Anar Zeynalov bildirir ki, Beyləqan rayon bazarı ərazidə -magistiral küçədə yerləşən obyekt sahiblərinin üzərinə hər ay 50 (əlli) manat öhdəlik qoyub. Bir sözlə yeni polis rəisi bazar ictimayyətinə-sahibkarlara yeni qayda tətbiq edib. «Kim başı salamat pul qazanmaq istəyirsə yeni rəis Fizuli Şıxəliyevin qılıncının altından keçməlidir ki, ona dəyib toxanan olmasın». Yoxsa, onlara qarşı başqa «üsullar» oluna bilər.
Şikayətçilər qeyd edirlər ki, polis rəisinin bu cür hərəkətlərindən, sahibkarlara «racon» kəsməsindən dövlət başçısına və daxili işlər nazirliyinin rəhbərliyinə də şikayət məktubu ünvanlayıblar. «Olaytv.az»-a daxil olan şikayətnamədə o da göstərilir ki, yerli polis şöbəsinin əməkdaşları şikayət etmiş insanlara zəng edərək, onlara qarşı təhdid və təziqlər göstərərək, hətta ölümlə belə hədələnmələridə bildirilir.
Zeynalovlar və Ağayevlər təhkidlə bildirirlər ki, polis rəisinin sahibkarlara qarşı belə bir qanunsuz addım atmasına qarşılıq olaraq, etiraz aksiyası keçirməyidə düşünürlər. Hətta bununla bağlı ölkə başçısına müraciətdə dinc aksiya kecirilməsin üçün yer ayrılmasını da qeyd ediblər.«Bu qədər insafsızlıq olmaz, bu günə qədər heç bir polis rəisi sahibkarlara qarşı pul tələbi irəli sürməyib. Polisin bu hərəkəti «reket»çilikdir».
Məsələyə bir daha aydınlıq gətirməsi üçün Olaytv.az-ın əməkdaşı Anar Zeynalovla əlaqə yaradıb. Anar Zeynalov qeyd edilənləri təsdiqləyərək, polisin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı adiyyəti qrumlara etdiyi müraciətlərlə bağlı onu və ailə üzvlərinin polis tərəfindən şantaj və təhdid edildiyinidə isararla bildirib.
Mövzu diqqətimizdədəir....
Bolgexeber.com