BolgeXeber.Com » Bölgə » Xaçmazın Qudyalçay qəsəbəsindən şikayət var

Xaçmazın Qudyalçay qəsəbəsindən şikayət var

15-04-2014, 12:25
Oxunub: 3 277 Xacmaz rayon mərkəzindən 9 km aralıda yerləşən Qudyalçay qəsəbəsindən şikayət var

Göndərilən şikayətdə bildirilir ki, rayonun 4 bir yanında mavi qaz verilsə də, onların yaşadığığ qəsəbəyə ögey münasibət davam edir: "Bizim qəsəbə hələ də qaz üzü görməyib. Qəsəbənin 30 metrliyində mavi qaz yanır, amma bizim evlərdə odun sobası. Bu nə vaxta qədər davam edəcək?".

Sakinlər ARDNŞ rəhbərliyindən kömək gözlədiklərini bildiriblər: "Əks halda, qəsəbə camaatı aksiyaya əl atacaqlar"