BolgeXeber.Com » Bölgə » Quba İcra Hakimiyyətinin binası uçdu-FOTOLAR

Quba İcra Hakimiyyətinin binası uçdu-FOTOLAR

18-04-2014, 05:35
Oxunub: 4 338 Milyonlarla manata başa gəlmiş binanın üzlük daşları qoparaq, yerə düşməyə başlayıb

Quba rayon İcra Hakimiyyətinin yenicə təmirdən çıxmış binasının divarına vurulmuş üzlük daşlar qoparaq, yerə düşməyə başlayıb. Jam.az-a daxil olan məlumata görə, icra başçısı Mübariz Ağayevin nəzarəti altında dövlət büdcəsi hesabına təmir olunmuş binanın qısa zaman içində belə vəziyyətlə üzləşməsinin səbəbi görülən işlərin keyfiyyətsizliyi ilə bağlıdır.

Məlumatda deyilir ki, binanın təmir və bərpasına bir neçə milyon manat sərf olunub. Lakin rayondakı mənbələr bildiriblər ki, həmin pulların böyük qismi icra başçısı və işi görən şirkət tərəfindən mənimsənilib. Elə bu səbəbdən də binanın üzərinə vurulmuş daşlar qopmağa başlayıb.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.