Qubanın bir kəndində bütün evlər söküləcək
19-04-2014, 08:40
Oxunub: 3 826
Dörd il əvvəl torpaq sürüşməsi nəticəsində Quba rayonunun Güləzi kəndində qəzalı vəziyyətə düşən bütün yaşayış evləri söküləcək
Bolgexeber.com apa-ya istinadən xəbər verir ki, bu barədə Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov bildirib. Onun sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanır. Həmin kənddə olan 185 ailənin hamısı üçün Aşağı Atuc kəndində evlər tikilib və hər cür şərait yaradılıb. Qeyd edək ki, 25 ailədən bir neçə nəfər hələ də kənddə yaşayır. Əsasən yaşlılar olan bu sakinlər əkin-biçin işləri və maldarlıqla məşğul olurlar. Onlar bildiriblər ki, rayonun Aşağı Atuc kəndində inşa olunan yeni qəsəbədə hər cür şərait yaradılıb, infrastruktur qurulub. Lakin həmin qəsəbədə təsərrüfat işləri görmək üçün torpaq sahəsi kifayət qədər deyil. Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov isə bildirib ki, Güləzi kəndində qəzalı vəziyyətdə olan evlərdə yaşamaq təhlükəlidir. Qeyd edək ki, Qubadan 45 km uzaqlıqda yerləşən Güləzi kəndində torpaq sürüşməsi 125 hektar ərazini əhatə edib. Nəticədə 40-dan çox ev dağılıb, kənddəki bütün yaşayış məntəqələrinə ziyan dəyib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər