BolgeXeber.Com » Bölgə » Laçın RİH-nin icra nümayəndəsi həbs olunmayıb

Laçın RİH-nin icra nümayəndəsi həbs olunmayıb

21-04-2014, 13:35
Oxunub: 2 830 “Laçın rayon İcra Hakimiyyətinin Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovun xüsusi əməliyyat keçirilərək həbs olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Pia.az bildirir ki, bu sözləri müxbirimizə Laçın rayon İcra Hakimiyyətinin başçısının müavini Tofiq Mirzəyev deyib. Tofiq Mirzəyevin məlumatına görə, Laçın rayon İcra Hakimiyyətinin Qaraqışlaq kəndindəki (hazırda Ağcabədi rayonunda yerləşir) icra nümayəndəsi Pənah Dadaşov hüquq-mühafizə orqanları tərəfindən Bakıya dəvət olunub və o həmin çağırış əsasında Bakıya yollanıb.

Daha sonra Pənah Dadaşovun bəzi yaxınlarına da eyni məzmunda çağırış gəlib. İcra Hakimiyyətinin başçısının müavini bildirib ki, Pənah Dadaşovun Bakıya çağırılmasının rayon icra hakimiyyəti ilə heç bir bağlılığı yoxdur və onun həbs edilməsi üçün rayonda heç bir xüsusi əməliyyat keçirilməyib.
Bolgexeber.com