BolgeXeber.Com » Bölgə » Laçınlı iş adamından məcburi köçkünlərə diqqət-FOTO

Laçınlı iş adamından məcburi köçkünlərə diqqət-FOTO

30-04-2014, 04:55
Oxunub: 8 720 “Qartal” tikinti firmasının Prezidentinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim olunmuşdu

Bolgexeber.com bildirir ki,28 aprel 2014-cü il tarixdə Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibəti ilə Laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Malıbəy obasında tibb məntəqəsi üçün inşa edilmiş yeni binanın təntənəli açılış mərasimi olmuşdur.
“Qartal” tikinti firmasının Prezidenti, tanınmış laçınlı iş adamı, xeyriyyəçi Şahin Məmmədovun şəxsi təşəbbüsü və vəsaiti hesabına tikilən yeni bina, müasir tələblərə uyğun olmaqla yüksək zövq və dizaynla inşa edilmişdir. Qeyd edilməlidir ki, laçınlı məcburi köçkünlərə tibbi xidmətin yaxşılaşdırılması məqsədi ilə Taxta körpü ərazisindəki obalardan birində müasir tipli tibb məntəqəsi üçün bina inşa edilməsi ilə bağlı Şahin Məmmədovun təşəbbüsü və bu məqsədlə Laçın Rayon İcra Hakimiyyətinə müraciəti rayon rəhbərliyi tərəfindən razılıqla qarşılanaraq dəstəklənmişdir.
Ağcabədi rayonu Taxta körpü ərazisindəki “Şirinqum” adlanan ərazidə Laçın rayonunun əsasən Malıbəy, Kamallı və Cağazur kənd inzibati ərazi dairələrindən olmaqla 74 ailə və 312 nəfər sakinin məskunlaşdığı həmin obalarının Taxtakörpü ərazisindən uzaq məsafədə yerləşməsi və ərazidəki tibb müəssisəsi üçün yararlı şərait olmadığı nəzərə alınaraq həmin tibb məntəqəsi üçün binanın Malıbəy obasında tikintisinə razılıq verilməklə və müvafiq yer ayrılmışdır.
2013-cü ilin sentyabr ayında “Qartal” firmasının vəsaiti hesabına tikintisinə başlanan tibb məntəqəsi üçün bina bütün standartlara uyğun olmaqla qısa müddətdə inşa edilməklə, tibb avadanlıqları və dərman preparatları ilə təchiz edilmiş, binanın ətrafında lazımi abadlıq işləri görülmüşdür.
Rayon ictimaiyyəti nümayəndələrinin, tikinti firması əməkdaşlarının, ərazidəki laçınlı məcburi köçkünlərin, xüsusilə geniş tərkibli rayon səhiyyə işçilərinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq binanın açılışı ilə bağlı tədbir iştirakçılarını təbrik etməklə “Qartal” firmasının rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına rayon rəhbərliyi və sakinləri adından təşəkkürünü bildirmişdir. Rayon rəsmisi binanın açılışının görkəmli oftamoloq alim, xeyirxah insan Zərifə xanım Əliyevanın anadan olduğu günə təsadüf etməsinin isə böyük əhəmiyyət kəsb etdiyini qeyd etməklə, bütün tibb işçilərinə Zərifə xanım Əliyeva yolunun layiqli davamçısı olmağı, sakinlərə ləyaqətlə xidmət etməyi tövsiyə etmişdir. Eyni zamanda Tofiq Mirzəyev bu gün bu tibb məntəqəsi üçün tikilmiş yeni binanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi yüksək tövfənin əyani nəticəsi olduğunu qeyd edərək, bu qayğıya görə laçınlı köçkünlər adından ölkə başçısına dərin minnətdarlığını bildirmişdir. Bununla yanaşı o, Şahin Məmmədov kimi sahibkarların xeyirxah əməllərini yüksək qiymətləndirərək bunun hər kəs üçün nümunə olduğunu xüsusilə qeyd edərək, laçınlı iş adamına bundan da sonra da bütün işlərində yüksək müvəffəqiyyətlər arzuladı.
Sonra tədbirdə çıxış edən Qartal” tikinti firmasının Prezidenti Şahin Məmmədov ölkə sahibkarlarının inkişafına yaratdığı münbit şəraitə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Firma rəhbəri əldə etdiyi nailiyyətlərdən təkcə vergi ödəməklə borcunun bitmədiyini gördüyü bu işin bir mənəvi borc olduğunu bildirməklə həyata keçirtdiyi xeyriyyəçilik missiyasından rahatlıq hissi keçirtdiyini, bu missiyanın yerinə yetirilməsində ona yaradılan şəraitdən və göstərilən dəstəkdən razı qaldığını, bundan sonrada belə tədbirlərin davam etdiriləcəyini bildirdi. Sahibkar imkanlı laçınlıları Taxtakörpü ərazisində yaşayan həmyerlilərinin məişət , yaşayış və iş şəraitlərinin yaxşılaşdırılması üçün əməli fəaliyyətə səslədi.
Bundan sonra tədbirdə çıxış edən tibb işçiləri və ictimaiyyət nümayəndələri də laçınlı iş adamı Şahin Məmmədovun bu xeyriyyəçilik əməlini yüksək qiymətləndirərək təşəkkürlərini bildirdilər.
Sonda “Qartal” tikinti firmasının Prezidentinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı təqdim olunmuşdur.