BolgeXeber.Com » Bölgə » Bərdə Texnologiya kollecində özbaşınalıq pik həddə

Bərdə Texnologiya kollecində özbaşınalıq pik həddə

8-05-2014, 11:35
Oxunub: 3 967 Dəfələrlə rayon sakinləri aidiyyati orqanlara şikayət etsələr də, hələ ki,nəticəsi yoxdur

Bərdə rayonunda fəaliyyət göstərən Dövlət İdarəetmə və Texnologiya Kolleci təhsil ocağından daha çox rüşvət ocağı kimi tanınır. Bu kollecə bir qrup müəllim və tələbələr biznes obyekti kimi də baxır desək yanılmarıq. Bolgexeber.com bildirir ki, kollecdəki rüşvət və korrupsiya halları, özbaşınalıqlar, maxinasiya, mənimsəmə faktları, dərsdənyayınma, biabırçı insidentlər, müəllim-direktor qarşıdurmaları pik həddə çatıb.

Direktor fəaliyyətində özbaşınalıqlara geniş yer ayırmış Xaləddin Ələkbərova iştahası üstün gəldiyi üçün təhsili bir tərəfə atıb, pulu qucaqlayıb. Sözügedən elm ocağında təhsildən başqa nə desən görmək mümkündür. Kollecdə əməlli-başlı alver gedir. Necə deyərlər qoy ovcuma,qoyum ovcuna. Pulunu verdin vəssalam,dərsə,imtahana gəlməsəndə olar. Hamısı həll olunur. Kollecə qəbul olan necə oxudu, necə bilik aldı heç özü də bilmir. Çünki kollecdə tələbəyə təhsil yox,rüşvət almağın və verməyin yolları öyrədilir.

Rüşvətin və özbaşınalığın baş alıb,getdiyi bu təhsil ocağında rektor Xaləddin Ələkbərov və adamları gizli qəbullardan tutmuş, saxta diplomlara qədər açıq şəkildə alqı-satqı ilə məşğuldurlar. Ancaq bütün bunlara rəğmən heç kim onlara “gözün üstündə qaşın var”demir. Kollecdə tələbələrin haqqını tapdalayırlar,valideyinlərini də övladlarının kollecdən atılması adı ilə hədələyib,rüşvət verməyə təhrik edirlər. Bildiyimiz kimi, Təhsil Nazirliyi məktəb və kolleclərə ayrı-ayrı illərdə təmir olunması məqsədilə vəsait ayırır. Amma kollecə baxılan zaman açıq-aydın görünür ki, həmin vəsaitlər kollecin təmirinə yox Xaləddin Ələkbərovun cibinə gedib.

Dəfələrlə rayon sakinləri aidiyyati orqanlara şikayət etsələr də,hələ ki,nəticəsi yoxdur. Bu da o deməkdir ki,rayonun icra hakimiyyəti də vəziyyətdən halidir. Əks halda bu günə qədər bir tədbir görülmüş olardı. Sakinlər bildirdi ki, bu barədə Prezidentə şikayət ərizəsi yazmışıq və tezliklə nəticəsi olacağına inanırıq.

Bu cür faktlar xoşa gəlməz hallar olsa da Bolgexeber.com olaraq bu məsələyə biganə qala bilməzdik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Aytən Yaşar
Bolgexeber.com