BolgeXeber.Com » Bölgə » Kürdəmirdə Ulu Öndərin xatirəsi yad edildi

Kürdəmirdə Ulu Öndərin xatirəsi yad edildi

10-05-2014, 11:15
Oxunub: 2 621 Kürdəmirdə Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olundu.

Mayın 10-da - Dahi rəhbərin doğum günündə Kürdəmir rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri , YAP-ın üzvüləri , hüquq-mühafizə orqanlarının,idarə,müəssisə və təşkilatların rəhbərləri və əmək kollektivləri Ulu Öndərin adını daşıyan parkda ucaldılmış Ulu Öndərin abidəsi önünə saysız-hesabsız gül-çiçək dəstələri düzdülər və onun nurlu, işıqlı xatirəsini bir daha ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə daxil olaraq Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə,bir-birindən maraqlı eksponantlara böyük qürur hissi ilə tamaşa etdilər.