BolgeXeber.Com » Bölgə » 17 yaşlı Cəlilabad sakinini ilan sancdı

17 yaşlı Cəlilabad sakinini ilan sancdı

10-05-2014, 13:50
Oxunub: 2 637 Azərbaycanın Cəlilabad rayonunda cari mövsümdə ikinci ilan çalma faktı qeydə alınıb.

apa-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Soltankənd kəndində baş verib. Kənd sakini, 17 yaşlı İbrahim Şaməddin oğlu Əzizov ot biçmək üçün atası ilə birlikdə otlaq sahəsinə gedib. Otluqlar arasında hərəkət edərkən nəyinsə onun ayağını sancdığını hiss edib.

Bir qədər sonra ayağında ağrı hiss edən İbrahimi atası Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırıb.

Xəstəxanada İbrahimə müvafiq tibbi yardım göstərilib və hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, 3 gün bundan əvvəl də Cəlilabad rayonunda 18 yaşlı qızı ilan sancmışdı.