BolgeXeber.Com » Bölgə » Tərtərdə idarə rəhbərlərindən icra başçısına «xoşgəldin» paketləri

Tərtərdə idarə rəhbərlərindən icra başçısına «xoşgəldin» paketləri

12-05-2014, 11:45
Oxunub: 2 837 Şuşanın alındığı gün Müstəqim Məmmədovun möhtəşəm qonaqlığı

Mayın 7-də Azərbaycan Respublikaının prezidenti İlham Əliyev Müstəqim Məmmədovun Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunması haqqında sərəncamı mətbuatda dərc olunub. Qeyd edək ki, sərəncamın imzamasından 10 gün əvvəl Yevlaxdakı mənbənin məlumatına əsasən Müstəqim Məmmədovun Tərtərə icra başçısı gedəcəyi barədə məlumat yaymışdı.

Tərtərdə təqdimat mərasimindən sonra idarə və təşkilat müdirlərini ümumilikdə və daha sonra tək-tək qəbul edən Müstəqim Məmmədovun idarə və təşkilat rəhbərlərinə maraqlı təlimatlar verdiyi bildirilir.

Yeni icra başçısı Tərtəri yenidən söküb quracaq

Tərtərdən Pia.az-a daxil olan məlumatda bildirilir ki, öncə idarə və təşkilat rəhbərlərini bir araya toplayan çiçəyi burnunda icra başçısı bildirib ki, Tərtər rayonu yenidən abalaşdırılacaq və rayon mərkəzində davamlı abalıq işləri aparılacaq. Qeyd edək ki, son zamanlar yeni təyin olunan icra başçıları bir qayda olaraq köhnə icra başçılarının gördükləri işləri söküb dağıdır və yenidən öz «zövqlərinə» uyğun abalıq və quruculuq işləri aparırlar. Bu zaman isə dövlətə külli miqdarda ziyan vurulur. Bir tərəfdən abalaşdırılmış yerlər ikinci dəfə abalıdırılar və bu zaman birinci abaolıq işlərinə sərf olunan vəsaitəlr çölə atılmış olur, digər tərəfdən isə ikinci abalıq zamanı da həyata keçirilən mənimsəmələr nəticəsində dövlətə külli miqdarda ziyan vurulur. Qazanan tərəf isə təbii ki, abalaşdırma işlərini həyata keçirən icra başçıları və onların yaxın ətrafı olur.

İdarə və təşkilat rəhbərlərinin «xoşgəldin» paketləri

Həmçinin həmin toplantıda Müstəqim Məmmədov bütün idarə və təşkilat müdirlərinə bildirib ki, hər kəs onunla «anlaşmaq» zorundarılar. Anlaşmayanlarla yollar ayrılacaq.

Daxil olan məlumatda bildirilir ki, «anlaşmaq» sözünün altında yeni icra başçısının nəyi qəsd etdiyi yaxışı bilən idarə və təşkilat müdirləri tək-tək icra başçısının qəbululuna düşüblər. Müstəqim Məmmədovla tək-tək görüşən idarə və təşkilat müdirləri yeni icra başçısına «xoşgəldin» paketi təqdim edib və onu təbrik ediblər.

Bildirilir ki, Müstəqim Məmmədov hər bir idarə rəhbərinə ayrı-ayrılıqdan bildirib ki, o sələfindən fərqli işləyəcək və idarə rəhbərləri haqqında yekun qərarını bir neçə ay müddətində verəcək.

Gül bayramı yığımı

Mənbə bildiriir ki, mayın 8-də yeni icra başçısı köməkçisi vasitəsi ilə yenidən bütün idarə və təşkilat müdirlərinə ismarıc yollayıb ki, Gül Bayramı keçirilməsi ilə bağlı pul verməlidirlər. Məlumatda qeyd olunur ki, Müstəqim Məmmədov Tərtərə gəlməmişdən əvvəl rayonda Gül Bayramının keçirilməsi üçün bütün hazırlıqlar aparılsa da, idarə və təşkilat rəhbərləri yeni icra başçısının tələbinə boyun əyiblər və hər kəsin Gül Bayramı üçün pul ayırdığı bildiridlir.

Şuşanın alındığı gün Müstəqim Məmmədovun möhtəşəm qonaqlığı

Daxil olan məlumatda bildirilir ki, Müstəqim Məmmədov mayın 8-də Şuşanın alındığı gün qonşu rayondan gələn çoxsaylı qonaqları ilə birgə Bərdə-Yevlax yolunun üstündə adını dəqiqləşdirə bilmədiyimiz restoranların birində təmtəraqlı məclis təşkil edib. Həmin məclisdə Yevlax rayon icra başçısının, müavinlərinin, Bərdə rayon icra başçısı və müavinlərinin, Gəncə şəhərindən tanınmış şəxslər və digər vəzifəli məmurlar iştirak ediblər. Məlumatda göstərilir ki, dəbdəbəli məclis gecə saat 2-yə kimi davam edib.

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…