BolgeXeber.Com » Bölgə » Lerikdə icra başçısının müavinindən biabırçı addım

Lerikdə icra başçısının müavinindən biabırçı addım

12-05-2014, 14:35
Oxunub: 3 236 Cəlil Baxşəliyev internat məktəbini sökdürüb, özünə istirahət mərkəzi tikidirdi.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Baxşəliyevin daha bir biabırçı əməli ortaya çıxıb.jam.az xəbər verir,ki,daxil olan məlumata görə, sözügedən şəxs bir müddət əvvəl rayondakı internat məktəbinin binasını sökdürərək, tikinti materiallarından özünə tikdirdiyi istirahət mərkəzini genişlənidrməkdə istifadə edib.

Məlumatda deyilir ki, həmin internat məktəbinin qalıqlarından rayonun Zuvand ərazisindəki «9 Qardaş» adlı istirahət mərkəzinin genişləndirilməsi zamanı istifadə edib.

Amma Cəlil Baxşəliyevin atdığı addımlar bununla yekunlaşmayıb.Verilən məlumata görə, rayondakı bütün gəlirli sahələri ələ keçirən müavin artıq özünə mebel sexi də açıb. «Şeytantəpə» deyilən ərazidə fəaliyyət göstərən bu sexin əsas xammalı isə Lerik meşələrinin ağaclarıdır.

Qeyd edək ki, sözügedən ərazilərdə meşə ağaclarının qırılması qəti qadağandır. Lakin Cəlil Baxşəliyev tutduğu mövqeyindən sui-istifadə edərək, bütün qanunları saya saymır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.